Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:15

1-ci qrupun imtahan nəticələri açıqlandı


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) birinci qrup üzrə imtahanın nəticələrini açıqlayıb.

Birinci qrup üzrə ən yüksək nəticə 695 bal olub.

Sənəd vermiş 36 min 883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib, 40 abituriyent isə qayda pozuntusuna görə imtahandan çıxarılıb.

TQDK bildirir ki, I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
300 və daha çox bal toplayanların ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
XS
SM
MD
LG