Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:01

Turqut Qəmbər «N!DA» ilə bağlı ifadə verib


Turqut Qəmbər
Turqut Qəmbər
«N!DA» Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib. Gənc fəal AzadlıqRadiosuna deyib ki, o, istintaq idarəsinə «N!DA» ilə bağlı başlanmış cinayət işinə görə çağırılıb. Bu zaman vəkili Osman Kazımov da yanında olub.

Turqut Qəmbər təxminən 5 saata yaxın ifadə verdiyini söyləyib. Amma yazılı iltizam verdiyi üçün bu haqda ətraflı danışmayıb.

«N!DA»nın 7 üzvü həbsdədir. Onlar haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Gənc fəallar Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham olunurlar. Rəsmi məlumatda onlardan bəzisinin evindən narkotik maddə, martın 10-da əsgər ölümlərinə etiraz aksiyası zamanı istifadə etmək üçün «Molotov kokteyli» və 94 min manat pul tapıldığı deyilir. Ancaq «N!DA» üzvləri bunu təkzib edirlər. Beynəlxalq qurumlar gənclərə siyasi baxışlarına görə təzyiq edildiyini bildirirlər.
XS
SM
MD
LG