Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:00

Əsas versiya: Malayziya təyyarəsi qaçırılıb


«Boing- 777»
«Boing- 777»
-
Malayziya hava şirkətinə məxsus «Boing- 777» təyyarəsi qaçırıla da bilərdi.

Associated Press-in yazdığına görə, bunu Malayziyanın baş naziri Najib Razak bildirib. O, istintaqın belə bir qənaətə gəldiyini deyib.

Təyyarədəki əlaqə vasitələri qəsdən kəsilib və kommunikasiya sistemi təyyarə yoxa çıxmazdan əvvəl söndürülüb.

Amma baş nazir deyib ki, təyyarənin qaçırılması əsas versiya olsa da, bu, hələ təsdiqini tapmayıb.

N.Razak, həmçinin, təyyarənin kursunun bilərəkdən dəyişdirildiyini bəyan edib.

Təyyarənin Cənub-Çin dənizində axtarışları artıq baş çatıb. Axtarışların başqa istiqamətdə, o cümlədən Türkmənistan-Qazaxıstan sərhədində və İndoneziya ilə Hindistan arasındakı ərazidə davam etdiriləcəyi bildirilir.

Kuala-Lumpurdan Pekinə uçan təyyarə martın 8-də yoxa çıxıb. Göyərtəsində 239 nəfər olub. 4 sərnişinin oğurlanmış pasportlarla uçduğu üzə çıxıb.
XS
SM
MD
LG