Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova
ANS PRESS-ə verdiyi məlumata görə, başçəkmə sentyabrın 14-də həyata keçirilib.
Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan
Yeğişe,
Ruzanna,
Alfred,
Qayane və
Petros Gevorkyanlar bir ailənin üzvləridir.
Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.