Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:11

Səməd Seyidov: «Viza rejiminin sadələşdirilməsi gündəmdə deyil»


Səməd Seyidov
Səməd Seyidov
«Azərbaycanda «Eurovision»la əlaqədar viza rejiminin sadələşdirilməsi gündəmdə deyil. Azərbaycan açıq ölkədir. Azərbaycanda qəbul olunmuş viza rejimi dünyada qəbul olunmuş standartlara və proseduralara əsaslanır».

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyəti Səməd Seyidov deyib.

O, xatırladıb ki, ölkədə miqrasiya xidməti fəaliyyət göstərir:

«Ona görə, mən hesab etmirəm ki, bununla bağlı hər hansı problem var. «Eurovision» müsabiqəsi Almaniyada keçiriləndə, Almaniya öz viza rejimini dəyişdirməyib. Sadəcə, qonaqlara, gələn insanlara daha çox diqqət, yüksək münasibət göstərmək müsabiqəni qəbul edən hər bir ölkənin borcudur. Azərbaycanda isə bu qonaqpərvərlik tarixi bir adət-ənənədir. Ona görə də hesab edirəm ki, bununla bağlı hər hansı problem olmayacaq».
XS
SM
MD
LG