Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:05

Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilib


Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyib:

«Geoloqlarımız tərəfindən aparılan işlərin nəticəsində zəngin qızıl yatağı aşkar edilib. Son məlumatlara görə, Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların olduğu yataqlar var. Bu, konkret töhfədir. Bu sərvətlər tapılıb və gələcəkdə onlar Azərbaycana çoxmilyonlu gəlirlər gətirəcək».

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında ölkədə 1.7 ton qızıl və bir ton gümüş hasil edilib.

İlk qızıl və gümüş 2009-cu ilin mayında «Gədəbəy» yatağından hasil edilib. Ümumilikdə, 2015-ci ilədək «Gədəbəy» yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır. /Trend/
XS
SM
MD
LG