Dinlə

Canlı efir

Can Bakı

Növbəti veriliş

«ƏL QURUDAN»

SORĞU

... ... ...


Xəbərlər

Azərbaycan məhkəməsi 2 livanlıya 15 il həbs cəzası verdi 

Azərbaycan məhkəməsi İsrail və Amerika səfirliklərini partlatmaq istəməkdə ittiham olunan iki livanlını və 4 Azərbaycan vətəndaşını günahkar sayıb.

Məhkəmənin nümayəndəsi Frans Press agentliyinə deyib ki, Livan vətəndaşları Əli Karaki və Əli Nəcməddin hərəyə 15 il həbs cəzası alıblar.
Məhkəmənin nümayəndəsi deyib ki, həbs cəzası alanlar həmçinin Qəbələ radar stansiyasını da partlatmaq istəyirlərmiş.
Onun sözlərinə görə, eyni ittihamla tutulan 4 Azərbaycan vətəndaşı isə 12 ildən 15 ilə kimi müxtəlif həbs cəzaları alıblar.

Müttəhimlərin vəkilləri məhkəmənin qərarına etiraz olaraq zalı tərk eləyiblər.
Məhkəmə sözçüsünün dediyinə görə, müttəhimlərin qrupu Hizbollahla əlaqəlidir.

ƏvvəlkiNövbəti
05 Oktyabr 2009
ƏvvəlkiNövbəti
05 Oktyabr 2009
Şriftin ölçüsünü dəyiş - +

Təqvim

Oxuyan gərək