Günün SMS-i
«Xəbər-ətər»

«İqtidar Yeni ili dəlixana olayları ilə başladı. Yeni ili nəylə başlarsan, onunla da qurtararsan deyiblər. Bir də ki, camaata da yaxşı olar, istədiyini rahat danışar, həm də yemək müftə...» (Murad)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rusiya Amerikanın qərarını alqışlayır

28.11.2008

Rusiya Amerikanın Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasını təkid etməyəcək qərarını alqışlayır.

Rusiya prezidenti Dmitri Medvedev Amerikanın bu qərarından məmnun qaldığını deyib və bu addımı «sağlam düşüncə» adlandırıb.  
 
Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays deyib ki, o, NATO nazirlərinin görüşündə Gürcüstan və Ukraynanın üzvlüyüylə bağlı təkid etməyəcək. Rays bildirib ki, NATO-Gürcüstan və NATO-Ukrayna komissiyalarıyla danışıqları intensivləşdirə bilərlər.

Gələn həftə Brüsseldə NATO nazirlərinin görüşü keçiriləcək.