Günün SMS-i
«Xəbər-ətər»

«İqtidar Yeni ili dəlixana olayları ilə başladı. Yeni ili nəylə başlarsan, onunla da qurtararsan deyiblər. Bir də ki, camaata da yaxşı olar, istədiyini rahat danışar, həm də yemək müftə...» (Murad)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Azərbaycanın şimal rayonlarına güclü qar yağıb

08.11.2008

Noyabrın 7-si saat 17:00-dan başlayaraq Qubanın Xaltan, Xınalıq və Qırız kəndlərində qar daha intensiv xarakter alıb. Həmin kəndlərdə qarın hündürlüyü 18 santimetrə çatıb, -6-7 dərəcə şaxta qeydə alınıb.

Məlumatı «ANSPress»ə Quba ərazi Hidrometeorologiya İdarəsinin rəisi Şahbala Salmanov verib.

Qusar rayonunda isə sulu qar yağıb, havanın temperaturu -2 dərəcə olub. Rayonlarda soyuq hava şəraiti indi də davam edir.