Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Xəbərlər

Almaniyalı müşahidəçi: «Seçki azad və demokratik şəraitdə keçirilib» 

«Seçki azad və demokratik şəraitdə keçirilib və beynəlxalq standartlara tam əməl olunub. Əgər bir ölkə seçkiləri müşahidə etmək üçün bu sayda müşahidəçi dəvət edirsə, belə ölkədə saxtakarlaşdırma cəhdləri ola bilməz».
 
Bunu seçki bitdikdən sonra Azərbaycana müşahidəçi qismində səfər etmiş Almaniya Bundestaqının keçmiş üzvu Otto Hauzer deyib. O bildirir ki, Azərbaycanda prezident seçkisinin ədalətli keçməsinə şübhə ola bilməz.
 
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, müşahidəçi baronessa Okkahoyn isə müxalifətin bir hissəsinin seçkini boykot etməsinə təəssüfünü bildirdi:
 
«Hər bir partiya cəmiyyətin siyasi həyatında fəal rol oynamalıdır. Azərbaycandakı seçkilər bir çox ölkələr üçün nümunə ola bilər. Buna birinci sübut seçki siyahısının tam hazır olmasıdır. Digər tərəfdən namizədlərin hamısının şəkillərinin tablolara vurulmasıdır». 

Şriftin ölçüsünü dəyiş - +

Təqvim

Oxuyan gərək