Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 13:29

Xəbərlər

Hərbi Prokurorluq araşdırmaya başlayıb

Şriftin ölçüsünü dəyiş - +
08.10.2008
Respublika Hərbi Prokurorluğu internetdə hərbi hissələrdən birində əsgərlərin kütləvi şəkildə döyülməsi haqqında video-çarxla bağlı araşdırmalara başlayıb. Bunu «Azadlıq» radiosuna Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Əfraim Təhməzov deyib. Onun sözlərinə görə, video-çarxın həqiqi və ya saxta olduğunu öyrənməyə çalışırlar:
 
«Hazırda Müdafiə Nazirliyinin və digər qoşun birləşmələrinin hərbi hissələrində faktlar araşdırılır. Hər hansı fakt müəyyən edildikdən sonra KİV-ə və ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif versiyalar üzərində iş gedir»
 
Əsgərlərin döyülməsi haqqında video-çarx oktyabrın 4-də internetdə yayılıb. Burada iki nəfər çoxdan qulluq edən əsgər növbə ilə 10-dan çox gənc əsgəri döyür. Müdafiə Nazirliyinin Mətbuat Xidməti video-çarxı «saxta» adlandırmaqla kifayətlənib.

Təqvim