İslam Dövləti bazar günü Suriyada əsir saxladığı 19 assuriya xristianını şəriət məhkəməsinin qərarı ilə azad edib.
Bununla belə, 200-dən çox assuriya xristianı hələ də İD girovluğunda qalır.
Bu barədə məlumatı Reuters agentliyinə Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verib.
Qrup bildirib ki, bu xristianlar ötən ay İD qədim xristianların məskun olduqları onlarca kəndi zəbt edərkən əsir alınıb.
Bu kəndlər kürdlərin nəzarətində olan Hasaka şəhəri ətrafında yerləşir.
İslam Dövləti qruplaşması ötən ay Liviyada 21 Misir kopt xristianının başlarının kəsilməsini göstərən video yayıb.