Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Putin:"Erdogan möhkəm kişidir"


Putin mətbuat konfransında Türkiyə prezidenti Erdoganın möhkəmliyini vurğulayıb.

İllik ənənəvi mətbuat konfransında Türkiyə jurnalistinin sualına cavab verən Putin deyib ki, qaz əməkdaşlığını inkişaf etdirmək haqda danışıqlar vaxtı o, Erdogana təklif edib ki, bəzi məsələləri elan etməsinlər. “Mən Erdogana dedim: qazları cinləndirmək lazım deyil. Yoxsa, sabahısı gün uçub gələcəklər”.

“Ancaq cənab Erdogan möhkəm kişidir. O bunu etməyə də bilərdi. Ancaq o fikirləşdi və dedi ki, yox, edəcəyik”.

“Bizim gizlətməliheç nəyimiz yoxdur.Biz heç kimdən oöurluq etmirik, biz ikitərəfli münasibətlərimizi həll edirik”.

Dekabrın 1-də Türkiyəyə səfəri zamanı Putin Cənub Axını layihəsinin dayandırıldığını, bunun yerinə həmin kəmərin Bolqarıstan əvəzinə Türkiyəyə gedəcəyini elan etdi.

XS
SM
MD
LG