Azərbaycan əlverişli biznes mühitinə görə, 146 ölkə arasında 60-cı yerdədir.
Forbes jurnalının hesabatına görə, keçmiş SSRİ ölkələrindən siyahıda Estoniya 22, Litva 24, Latviya 36, Gürcüstan 47, Ermənistan 56, Azərbaycan 60, Qazaxıstan 65, Moldova 75, Ukrayna 88, Rusiya isə 91-ci yerdədir.
2014-cü ildə biznes üçün ən yaxşı ölkə Danimarka olub.
2013-cü ildə siyahıya İrlandiya rəhbərlik edib.
Hesabat Dünya Bankı, Freedom House və digər nüfuzlu qurumların məlumatları əsasında hazırlanıb.