Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:12

«Ebola»dan qorunmaq üçün ABŞ-ın iki ştatında karantin elan olunub


Həkimlərə «Ebola» virusuna qarşı təlimlər keçirilir
Həkimlərə «Ebola» virusuna qarşı təlimlər keçirilir

-

Birləşmiş Ştatların Nyu-York və Nyu-Cersi ştatlarında Qərbi Afrikada «Ebola» virusuna yoluxmuş xəstələrlə kontaktda olan bütün şəxslər karantinə alınıb.

Bu haqda hər iki ştatın qubernatorları məlumat verib. Onlar bildirib ki, adıçəkilən ştatların beynəlxalq hava limanlarında Qərbi Afrikadan gələn sərnişinlərin yoxlanılması üçün əlavə tədbirlər həyata keçiriləcək.

Üçhəftəlik karantinin şərtlərinə görə, «Ebola» virusuna yoluxmuş xəstələrlə təmasda olmuş həkimlər və tibb işçiləri nəzarətdə saxlanılacaq.

Karantin haqda qərar nyu-yorklu həkim Craig Spencer-də «Ebola» virusu aşkarlandıqdan bir gün sonra verilib. O, «Sərhədsiz Həkimlər» təşkilatının tərkibində «Ebola»ya yoluxan xəstələrə baxmaq üçün Qvineyada olub. Hal-hazırda o, Nyu-york xəstəxanalarının birində izolyasiya olunmuş vəziyyətdə müalicə alır. Hakimiyyət nümayəndələri və həkimlər Craig Spencer-in ötən həftə ABŞ-a qayıtdıqdan sonra kontaktda olduğu bütün şəxsləri nəzarətdən keçirməyə çalışırlar.

XS
SM
MD
LG