Oktyabrın 22-də Futbol üzrə Çempionlar Liqasında III turun oyunlarına yekun vurulur.
Həmin gün 8 görüş keçiriləcək.
A qrupunda Madridin Atletiko klubu öz meydanında Malmönü qəbul edəcək.
Qrupun digər oyununda Yuventus səfərdə Olimpiakosla qarşılaşacaq.
B qrupunda Madridin Real klubu səfərdə Liverpulun, Ludoqorotes isə Bazelin qonağı olacaq.
C qrupunda Monako –Benfika, Bayer Leverkuzen – isə Zenitlə qarşılaşacaq.
Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək.
Türkiyənin Qalatasaray klubu evdə Dortmundun Borussiya klubunu qəbul edəcək.
Qrupun digər oyununda isə Anderlext Arsenalı qəbul edəcək.