Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

Qazaxıstan «kölgə kapitalını» leqallaşdırır


tenge
tenge

-

Qazaxıstan ölkə iqtisadiyyatına daha çox pul qazandırmaq üçün «kölgə kapitalı»nı qanuniləşdirir. Prezident Nursultan Nazarbayevin iyunda imzaladığı sərəncama görə, qeyri-qanuni qazanılmış pul, qiymətli kağızlar və şirkət səhmləri və ya mülkiyyət sentyabrın 1-dən 2015-ci ilin sonunadək leqallaşdırıla bilər. Bu müddət ərzində deklarasiya olunan kapital və ya mülkiyyətə vergi tətbiq olunmayacaq.

Qazaxıstan hökuməti ümid edir ki, bu yolla ölkə banklarına 10 milyard dollar vəsait gələcək.

Fərdlərə qarşı cinayət, korrupsiya və ya ölkə konstitusiyası əleyhinə hərəkətlər vasitəsilə qazanılmış mülkiyyət və ya kapital leqallaşdırıla bilməz.

Bu, Qazaxıstanın 1991-ci ildə müstəqilliyini yenidən qazanandan bəri kölgə kapitalının leqallaşdırılması yolunda artıq üçüncü kampaniyasıdır.

XS
SM
MD
LG