Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:30

ABŞ xüsusi təyinatlıları Foley-i əsirlikdən xilas etməyə cəhd göstəriblərmiş


Vaşinqton bildirir ki, ABŞ xüsusi təyinatlıları amerikalı jurnalist James Foley-ni və başqa amerikalıları İraq İslam Dövləti yaraqlılarının əsirliyindən azad etmək üçün Suriyada əməlyyat keçiriblər. Ancaq onları tapa bilməyiblər.

Barak Obamanın əks-terrorizm baş köməkçisi Liza Monako deyib ki, Obama bu əməliyyata əmri yayın əvvəlində vermişdi.

Birinci dəfədir ki, ABŞ Suriya ərazisində əsgərləri olmasını bildirir.

Avqustun 20-də İraq İslam Dövləti yaraqlıları amerikalı jurnalist James Foley-nin boynu vurulduğu iddia olunan videonu yaydılar. Onlar digər amerikalı əsir Steve Sotloffu da öldürəcəkləri ilə hədələyirlər. Obama İraq İslam Dövləti təşkilatının regionun bədənində xərçəng adlandırıb.

XS
SM
MD
LG