Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:31

6 ölkənin hərbçiləri Qırğızıstanda təlimlərə başlayıb


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birləşən 6 ölkənin hərbçiləri Qırğızıstanda təlimlərə başlayıb.

Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan hərbçiləri Bişkekdən 60 km aralıda «Möhkəm Qardaşlıq -2014» manevrlərinə başlayıb.

Qurumun Rusiyadan olan baş katibi Nikolai Bordyuzha deyib ki, təlimin əsas məqsədi «təşkilatın ölkəni terrorizmdən müdafiə edən sülh qüvvələrinin bacarıqlarını yoxlamaqdır».

Təlim məşqlərinə 700-dən çox hərbçi qatılıb. Təşkilat qoşunlarının bundan əvvəl Rusiyanın Çelyabinsk regionunda 4 günlük təlimi olub.

XS
SM
MD
LG