Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:12

Rusiyanın müstəqil xəbər saytının baş redaktoru saxlanıb


Rusiyanın müstəqil xəbər vebsaytı olan Amurburg.ru saytının baş redaktoru bildirir ki, o, Gürcüstana gedəndən sonra təhlükəsizlik zabitləri onu saxlayıb.

Oleq Potapenko Azadlıq Radiosuna deyib ki, onu Rusiyanın Xabarovsk şəhərinoin hava limanında iyulun 28-də saxlayıblar. O bu baxt Gürcüstanda QHT-lərin forumundan qayıdırdı.

Potapenko deyib ki, onun kompüterini aparıblar və baqajını axtarıblar.

Sonra bunları qaytarıblar və deyiblər ki, ekstremist materiallar tapılmayıb.

Potapenkodan Tbilisidəki QHT-lər və forumdakı iştirakçılar barədə soruşublar.

Potapenko bu saxlanmanı psixoloji təzyiq adlandırır.

XS
SM
MD
LG