Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Daha bir tikinti şirkəti payçıları intizarda qoyub


Foto: Arxiv
Foto: Arxiv

-

İyulun 22-də «Hayan-E» MMC-nin bir qrup payçısı Baş Prokurorluqda olub.

Əsasən Xırdalan sakinləri olan payçılar 2006-cı ildə yarımçıq qalmış evlərinin tikilib onlara verilməsini tələb ediblər.

Payçı Mahid Əhmədovun AzadlıqRadiosuna dediyinə görə, onlardan məktub alınıb və bu məsələ ilə bağlı iş aparılacağı bildirilib:

«Məktub təqdim etdik. Prokurorluqda dedilər ki, sizin şikayətinizlə məşğul olacaq şəxs hazırda Bakıda deyil və o, qayıdandan sonra bu işi araşdıracaq. İndi Prezident Administrasiyasına gəlmişik, 3 nəfəri qəbul ediblər, indi onların çölə çıxmasını gözləyirik».

Bir həftə əvvəl payçılar yarımçıq tikilinin qarşısında aksiya keçirib sahibkarın hərəkətsizliyinə etiraz ediblər:

«Yaşadığımız evi satıb pulunu bura vermişik, 8 ildir kirayədə qalırıq. Evin pulu qədər də kirayəyə pulumuz çıxıb, amma ortalıqda da bir şey yoxdur».

Yarımçıq saxlanmış binadan 300-dək payçı mənzil alıb. Sakinlərin dediyinə görə, şirkət rəhbəri onlara bildirib ki, tikinti Fövqəladə Hallar Nazirliyinin (FHN) göstərişindən sonra dayandırılıb.

«Hayan-E» MMC-nin iş icraçısı Rafiq Nəsirov FHN-nin göstərişinin haqlı olduğunu deyir:

«Nazirlik müəyyən sənədlər istəyir və bunu istəməkdə də haqlıdır. Biz həmin sənədləri yığmışıq. Hüquqşünasımız sənədləri hazırlayıb yaxın günlərdə FHN-ə təqdim edəcək. Yəqin, ondan sonra işə başlaya biləcəyik».

BİR MƏNZİL NEÇƏ ADAMA SATILIB?

Payçılar digər problemlərin mövcudluğundan da danışırlar.

Bəzi payçıların iddiasına görə, 70-80 min manat ödəyib aldığı mənzil daha bir neçə nəfərə satılıb. Tikinti şirkəti isə bir mənzilin bir neçə nəfərə satılması iddiasını qəbul etmir. O, mənzillərin payçı sayına uyğun ayrıldığını, sadəcə, nömrələmə zaman bəzi problemlərin baş verə biləcəyini ehtimal edir:

«Ola bilər, bəzi mənzillərin nömrələri dəyişik düşüb. O vaxt nömrələr normal qoyulmayıb. Yəni nömrələr necə gəldi qoyulub. Son vaxtlar biz mənzilləri yenidən nömrələyirik, ola bilsin ki, bu zaman problemlər üzə çıxır».

Payçılar isə şirkət rəhbərinin hansı səbəb gətirməsindən asılı olmayaraq, evlərinin tikilib onlara verilməsini istəyirlər.

XS
SM
MD
LG