Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 19:38

“Rusiyada Ukrayna hadisələri təkrarlana bilər”


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox --“Liberasyon”



Hədələr və sui-qəsdlərə baxmayaraq seçkilərdə fəal iştirak etməklə iraqlılar “demokratiyaya bəzi ərəbşünas-ekspertlərdən daha ciddi yanaşdıqlarını” nümayiş etdiriblər.



Seçkilər “nümayəndəli institutlar və hüquqi dövlətin formalaşdırılması” üçün vacib idi. Bununla belə, gələcək qeyri-müəyyən olaraq qalır.



--“İndependent”



“Bazar günü iraqlıların çoxu əslində azadlığa səs veriblər, Qərb mətbuatında deyildiyi kimi demokratiyaya yox... İraqlılar söz azadlığı və amerikalılardan azadlıqları üçün səs veriblər”.



--“Deyli Teleqraf”



Seçkilərin uğuru səsverməni boykot edən sünni azlığının prosesdə nə qədər fəal iştirak etməsindən asılı olacaq.



--“Faynenşl Tayms”



Seçkilərin real qalibi olan şiələr və kürdlər sünnilərə qarşı comərdlik göstərməli, onlara güzəştə getməlidirlər.



Siyasi proseslərdə sünnilərin iştirakı olmadan yaraqlılar üzərində qələbə qeyri-mümkündür.



--“Frankfurter Alqemayne Tsaytunq”



Səsvermə günü 40 nəfərin terror qurbanı olduğunu nəzərə alsaq, İraq seçicilərinin mətanətinə ancaq heyrətlənmək qalır.



Aydındır ki, İraqa qarşı əsassız müharibəyə başlayan prezident Corc Buş seçkilərin uğurundan sevinir. Amma İraqdakı seçkilər dünyanı yaxşılaşdırmaq üçün hərbi təcavüz strategiyasına bəraət qazandıra bilməz.



--“Qardian”



İctimai rəy sorğularının nəticələrinə əsasən, sosial güzəştlərin ləğvinə qarşı bir neçə həftə davam edən etiraz aksiyalarından sonra Vladimir Putinin reytinqi prezidentliyi dövründə ən aşağı həddə enib.



“İctimai fikir” Fondunun yanvarın 31-də apardığı sorğunun nəticələrinə görə, əgər prezident seçkiləri bu bazar keçirilsəydi, Putinə respondentlərin 42 faizi səs verərdi.



Bu, Rusiya prezidentinin 2000-ci ildə bu vəzifəyə seçilməsindən bəri ən aşağı reytinq göstəricisidir.



--“Los Anceles Tayms”



Keçən həftə tələbələr Sankt-Peterburqun Lenin meydanında sosial güzəştlərin ləğvinə etiraz edən təqaüdçülərə qoşulublar.



Onlar Putin əleyhinə şüarlar səsləndirir, hökumətin istefasını tələb edirlər.



Əlbəttə, Rusiyada gənclərin müqaviməti Gürcüstan və Ukraynadakı miqyasda deyil. Amma Moskva Siyasi Texnologiyalar Mərkəzindən Aleksey Makarkin deyir ki, “Rusiya gənclər hərəkatına düzgün təşkilatlanma çatışmır. Həmin təşkilatlanma və lazımi maliyyələşmə olarsa, Rusiyada Ukrayna və Gürcüstandakına bənzər vəziyyətin yaranacağı istisna deyil”.
XS
SM
MD
LG