Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:39

Belarus səfiri naxçıvanlı veteranlara medal verib


Arxiv foto
Arxiv foto

Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç Naxçıvanda səfərdədir. İyunun 30-da o, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Ali Məclisin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-Belarus əlaqələrində Naxçıvanın rolu vurğulanıb.

Nikolay Paskeviç Naxçıvanla Belarus arasındakı sıx əlaqələrdə kənd təsərrüfatı və tibb sahəsinin rolunu vurğulayıb.

Daha sonra səfir Belarusun faşistlərdən azad olunmasının 70 illiyi münasibəti ilə təşkil olunmuş mərasimdə iştirak edib. O, Naxçıvandakı Böyük Vətən Müharibəsi iştirakçılarına yubiley medalları təqdim edib.

XS
SM
MD
LG