-
AzadlıqRadiosuna şikayət edən Naxçıvan fermerlərinin problemi həll olunub. Bu haqda fermerlərin özləri məlumat verib.
Fermerlər bir müddət öncə AzadlıqRadiosuna şikayətlənirdilər ki, dövlətin onlara ayırdığı subsidiyanın bir hissəsi mənimsənilir. Dənli bitkilərə görə 1 hektara ayrılan 80 manatlıq subsidiyanın yerinə onlara cəmi 40 manat ödənilir. Fermerlər deyirdi ki, digər bitkilərə görə ayrılan 40 manatlıq subsidiyadan isə ümumiyyətlə pul ala bilmirlər.
Bu məsələ AzadlıqRadiosunda yayıldıqdan bir müddət sonra onlara bildirilib ki, gedib subsidiyanın qalığını ala bilərlər. Şikayətçilərdən biri də Babək rayon Sirab kənd sakini Qadir Quliyev idi. Qadir Quliyev deyir ki, subsidiyaların qalıqlarının verilməsini eşidəndə öncə qulaqlarına inanmayıb:
“DÜŞÜNDÜM Kİ, 1 APREL ZARAFATIDIR”
“Sahədən qayıdırdım, kənd icra nümayəndəsinin müavini ilə qarşılaşdıq, dedi get pulunu al, verirlər pulları. Düşündüm ki, 1 aprel zarafatıdır. Həmişə şikayət edəndə mənə deyirdilər ki, nə qazandın ki, özünü pis adam edirsən. Dedi yox, həqiqi sözümdür, bütün fermerlərə deyirəm ki, Qadirin hesabına gedin siz də pulunuzu alın. Subsidiyalar verilən bu neçə ildə cəmi bir dəfə bütöv almışdıq. Neçə ildir pulumuzu kəsirdilər. Getdim bu ilki qalıqları bankomatdan götürdüm. 5 hektara yaxın əkin əkmişəm. 180 manat almışdım, 188 manatı qalırdı. Mən hesab edirəm ki, məsələ AzadlıqRadiosunda işıqlandırılandan sonra pulumuzu aldıq. Mənə dost-tanışlar da irad tuturdu ki, mətbuata problemlərini danışırsan, xeyri olmur. İlk dəfədir ki, şikayətim nəticə verdi”.
Digər fermer Sahib Qulamov da ona çatacaq subsidiyanı aldığından razıdır. Lakin o, bu pulun onların haqqı olduğunu deyir:
“BƏS ÖTƏN İLLƏRİ KİMDƏN ALMALIYIQ?”
“Nəyə görə bu məsələ ictimailəşəndən sonra verməliydilər? Neçə ildir kəsirdilər pulumuzu. Kimə deyirdiik, xeyri olmurdu. Bu il qaytarıblar. Bəs ötən illəri kimdən almalıyıq?”
Babək rayon Sirab kənd icra nümayəndəsi Qasım Qasımzadə AzadlıqRadiosuna bildirmişdi ki, fermerlərə ayrılan subsidiya iki hissəli ödənişlə verilir. Onun sözlərinə görə, subsidiyanın 40 manatı yazda verilib, 40 manatı isə payızda veriləcəkmiş.