Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Vasif Talıbov hərbçilərə avtomobil verib


Vasif Talıbov
Vasif Talıbov
-
Yanvarın 29-da Silahlı Qüvvələrin Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə 25 ədəd xidməti avtomobil verilib. 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı avtomobillərin açarlarını hərbçilərə Ali Məclisin sədri Vasif Talıbov təqdim edib.

O tədbirdəki çıxışında Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü bildirib.
Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclis sədri Vasif Talıbova raport verib.
XS
SM
MD
LG