Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:40

Rusiya ilə Ukrayna arasında qaz danışıqlarında irəliləyişlər olub


Arxiv foto
Arxiv foto

Avropanın Enerji Komissarı Guenther Oettinger bəyan edib ki, oktyabrın 21-də Ukrayna və Rusiya təmsilçilərinin qaz danışıqlarında ciddi irəliləyiş əldə olunub. Oettinger ilkin razılığa əsasən Ukraynanın 2014-cü ilin sonunadək Rusiyadan 4 milyard kubmetr qaz almağı planlaşdırdığını deyir. Oettinger onu da bildirib ki, Ukrayna oktyabrın sonunadək aldığı qaz üçün Rusiyaya borcunun 1.4 milyard dollarını ödəmək niyyətindədir. İlin sonunadək isə 1.6 milyard dollar ödənəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri, enerji naziri Aleksandr Novak-ın sözlərinə görə, Ukrayna üçün qazın qiyməti min kubmetrə 385 dollar olacaq. Bu, Rusiyanın iki həftə öncə tələb etdiyindən yüz dollar azdır.

Novak bu qiymətin 2014-cü ilin oktyabrından gələn ilin martınadək qüvvədə olacağını bilidirb. Novak onu da qeyd edib ki, Avropa Birliyi Ukraynanın ilin sonunadək Rusiyaya 5.3 milyard dollarlıq qaz borcunu ödəməsi üçün məsuliyyəti üzərinə götürməlidir.

Oettinger-in sözlərinə görə, növbəti görüş oktyabrın 29-da Brüsseldə keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG