Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Rubrikalar / Şərq Qapısı

VERGİ NƏZARƏTİ GÜCLƏNDİRİLİR 

20.02.2010


Naxçivan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən mütəmadi olaraq yerlərdə fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən odəyicilərin aşkar edilməsinə, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsinə, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirləri həyata keçirilir.

BÖYÜK SİMALAR MİRZƏ CƏLİL VƏ «MOLLA NƏSRƏDDİN» HAQQINDA


Bu mənada deyə bilərik ki, Mirzə Cəlil artıq satirik dildə yox, çox ciddi anlamda «Sən qanmasan» adlı şerində yazırdı:

Sən qanmasan, eybi yoxdur, utanma,
Çünki mən qanıram, mən utanıram,

Mala mal deyiblər, insana insan,
Mən insanı hərgiz insan sanıram.
Sən sanmırsan, eybi yoxdur, utanma,
Çünki mən sanıram, mən də yanıram.

Sən demə belədir, budur həqiqət,
Güman etmə sənə mən aldanıram.
Çünki mən qanıram - yanıram od tək,
Çünki mən yanıram, mən də qanıram.

Yekun olaraq qeyd edək ki, Cəlil Məmmədquluzadə qaranlıqdan və ya zülmətdən doğub Şərqə işıq salan bir günəşdir.

DİGƏR YAZI BAŞLIQLARI

  • XALQIN MİLLİ PASPORTU ONUN DİLİDİR 
  • AVTOMOBİL YOLLARINDA HƏRƏKƏTİN İNTENSİVLİYİ TƏMİN EDİLİR 
  • «YENİLƏŞMƏ İLİ»NDƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QAYĞI DAHA ÇOXDUR 
  • PEYVƏNDLƏNMƏ İŞİ DAVAM ETDİRİLİR 
  • GÖRÜLƏN İŞLƏR NAXÇIVAN TARİXİNƏ PARLAQ SƏHİFƏLƏR YAZIB 
  • ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN MUXTAR RESPUBLİKAMIZIDA UĞURLA DAVAM EDTDİRİLMƏSİNİ GÖRDÜKCƏ ÜRƏYİM FƏRƏHLƏNİR 
  • BU ÇƏTİNLİKLƏRƏ DÖVLƏTİMİZİN DİQQƏT VƏ QAYĞISI NƏTİCƏSİNDƏ KƏNDLƏRİMİZDƏ TİKİLƏN SOSİAL OBYEKTLƏR SON QOYDU

«ŞƏRQ QAPISI» QƏZETİNİN 20 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


İLHAM ƏLİYEVİN FENOMENAL İNTELLEKTİ 

19.02.2010


Cənab İlham Əliyevin bütün sahələrdə nümayiş etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olması cəmiyyətdə ona səmimi inam və etimadın güclənməsini təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqlədi.

NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ ÜÇÜN YENİ BİNA İNŞA OLUNACAQ

…muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsini daha etibarlı şəkildə qorumağa qadir olan məhkəmə orqanları sistemi yaradılmış, hakimlərin, məhkəmə aparatı işçilərinin sayı əhəmiyyətli dərəcədə artırılmışdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI

  • HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MƏDƏNİYYƏTİN İNKİŞAF TARİXİ 
  • TİKİLİB İSTİFADƏYƏ VERİLƏN KƏND MƏRKƏZLƏRİ ƏHALİYƏ GÖSTƏRİLƏN XİDMƏTLƏRİN SƏVİYYƏSİNİ DAHA DA YÜKSƏLDİB 
  • CULFA ŞƏHƏRİNDƏ UŞAQ BAĞÇASI ÜÇÜN YENİ BİNA TİKİLİR 
  • CARİ İLİN İLK AYININ UĞURLARI 
  • NARKOMANİYA ƏSRİN BƏLASIDIR 

«ŞƏRQ QAPISI» QƏZETİNİN 19 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


MAŞINLAR KANALİZASİYA SUYU İLƏ YUYULACAQ  

17.02.2010


...Çirkab suları Arazqırağı kəndlərdə tikintisi nəzərdə tutulmuş xüsusi qurğular vasitəsilə elə təmizlənəcək ki, bundan əkin sahələrininin suvarılmasında, hətta avtomaşın yuyulan yerlərdə istifadə etmək mümkün olacaqdır.

AZƏRBAYCAN DÜNYANIN SÜRƏTLƏ İNKİŞAF EDƏN DÖVLƏTİNƏ ÇEVRİLMİŞDİR

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • CARİ İLİN QURUCULUQ ÜNVANLARI 
  • NÜSNÜS – ORDUBADIN BƏZƏYİ 
  • «YENİLƏŞMƏ İLİ»NDƏ BÜTÜN İMKANLAR VƏ EHTİYYAT MƏNBƏLƏRİ HƏRƏKƏTƏ GƏTİRİLMƏLİDİR 
  • KƏNDLƏRİMİZİN SİMASI DƏYİŞİR 
  • HEYVABDARLIĞIN İNKİŞAFINA QAYĞI ARTIR 
  • AHIL VƏ ƏLİL VƏTƏNDAŞLARA HƏRTƏRƏFLİ QAYĞI GÖSTƏRİLİR 
  • XALQ YARADICILIĞININ DAŞIYICILARI (SÖHBƏT «GÜLÜMEY» FOLKLOR KOLLEKTİVİNDƏN GEDİR)

«ŞƏRQ QAPISI» QƏZETİNİN 17 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


«Şərq qapısı» - 16 fevral 2010 

16.02.2010


RABİTƏ SAHƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

İlbəil artan templə inkişaf edən muxtar respublikamızda informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşması, sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi zəruri məsələlərdən birinə çevrilmişdir.

...Muxtar respublikaya daxil olan və çıxan rabitə trafikinin analizi üçün server qurulmuş...

«EKOLOGİYA İLİ»NDƏ EKOLOJİ VƏZİYYƏT DAHA DA YAXŞILAŞACAQDIR

Rayonda yaşıllaşdırma tədbirləri, iməciliklər artıq ənənə halını alıb. Yaz və payız fəsillərində keçirilən iməciliklərdə kəngərlilər əsl vətəndaş fəallığı nümayiş etdirir, səylə çalışırlar.

HEYVANDARLIĞIN İNKİŞAFINA QAYĞI DAVAM ETDİRİLİR

Belə təcrübənin nəticəsidir ki, 2010-cu il 1 yanvar tarixə rayonda iribuynuzlu heyvanların sayı 13 min 630 başa çatdırılmışdır ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Artım xırdabuynuzlu heyvanlarda da müşahidə olunur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI

  • YOLLARIN TƏMİRİ DİQQƏT MƏRKƏZİNDƏ 
  • ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR 
  • DİNAMİK İNKİŞAF DAVAM EDİR 
  • HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU VƏ MEMARIDIR 
  • ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN ETİBARLI TƏMİNAT 
  • NÜMUNƏVİ TİCARƏT XİDMƏTİ ÜÇÜN ŞƏRAİT YARADILIB 
  • ELEKTRİK ENERJİSİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR 
  • İSTİLİK SİSTEMLƏRİNİN BƏRPASI ÇƏTİNLİKLƏRİ ARADAN QALDIRIB 
  • YARADILAN ŞƏRAİT YÜKSƏK SƏVİYYƏLİ ASTRONOMİK MÜŞAHİDƏLƏRİN APARILMASINA İMKAN VERİR

«ŞƏRQ QAPISI» QƏZETİNİN 16 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


«Şərq qapısı» - 13 fevral 2010 

13.02.2010


NAXÇIVAN MUXTAR RESPUBLİKASI İNKİŞAFININ ƏN YÜKSƏK DÖVRÜNÜ YAŞAYIR

(Hər bir naxçıvanlı kimi biz ahıllar da əldə olunmuş bütün uğurlarla fəxr edir, belə bir diyarda yaşadığımız üçün özümüzü xoşbəxt sayırıq)

...Ötən müddət ərzində Naxçıvan öz muxtariyyət bayramını 7 dəfə geniş şəkildə qeyd edib. İlk dəfə 1949-cu ildə muxtar respublikanın 25 illiyi təntənə ilə qeyd edildi. ..O dövrdə Stalin şəxsən muxtar respublikaya təbrik teleqramı vurmuşdu.

Muxtar respublikanın ötən il qeyd olunan 85 illik yubileyi isə daha əlamətdar oldu. Azərbaycan respublikasının Prezidenti İlham Əliyev özü şəxsən yubiley tədbirlərində iştirak etdi.

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR


...Səhiyyə müəssisəsinin direktoru Əli Qurbanov söhbətində qeyd etdi ki, son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən bizim kollektiv də bəhrələnmiş, rayon mərkəzində Gigiyena və Epidemiologiya Mərkəzi üçün yeni bina inşa edilmiş, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya tibb işçilərinin istifadəsinə verilmişdir. ...Bundan başqa, mərkəz bostan-tərəvəz məhsullarında və meyvələrdə zəhərli kimyəvi maddələrin təyin olunması üçün nitrofest aparatı, dezinfeksiya və dezinseksiyaedici dərman preparatları və laborator analizlərin aparılması üçün fikum və reaktivlərlə təmin olunmuşdur.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • Şada gündən-günə çiçəklənir, müasir, inkişaf etmiş Azərbaycan kəndinin nümunəsinə çevrilir
  • Naxçıvanda İran İslam İnqilabinin 31-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
  • Şərurda daha iki məktəb binasının tikintisinə başlanıb
  • Yeni səhiyyə ocağında xidmətin səviyyəsi daha da yaxşılaşacaq
  • Müxtəlif sahələrdə çalışanlar onların əməyinə verilən yüksək qiymətə görə razılıqlarını bildiriblər
  • Yeni metodlar yeni uğurlara aparır
  • Bol məhsul istehsalı üçün hər cür imkanlar var
  • Abonentlər təbii qazdan lazımınca istifadə edirlər
  • Ahıl vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub
  • Əlil idmançının uğurları
  • Boksçularımız yarışdan qələbə ilə qayıdıblar

«ŞƏRQ QAPISI» QƏZETİNİN 13 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


«Şərq qapısı» - 12 fevral 2010 

12.02.2010


ELM VƏ TƏHSİL HƏR BİR XALQIN İNKİŞAFININ ƏSASIDIR


Heydər Əliyev təkcə milli elmin inkişafı üçün lazımi maddi-texniki təminat, alimlərin sosial problemlərinin həlli qayğısına qalmır, eyni zamanda cəmiyyət üçün xüsusi aktuallığa malik elmi problemləri də özünəməxsus fəhmlə müəyyən edərək elm adamlarının diqqətinə çatdırır, onları elmi tədqiqata cəlb etməyə ruhlandırırdı.

...Belə ki, 2009-cu ildə 158 min 239 ədəd dərslik məktəblərə paylanmışdır. 12 adda 4493 ədəd bədii ədəbiyyat və jurnal, eyni zamanda 440 ədəd «Naxçıvan xanlığı» adlı kitab məktəblərə hədiyyə olunmuşdur.

TUMASLI MÜASİR QƏSƏBƏ GÖRKƏMİ ALIB

Quruculuq ərməğanlarının yenilik gətirdiyi yaşayış məntəqələrindən biri də Şərur rayonunun Tumaslı kəndidir. Keçən il burada xüsusi diqqət yetirilən məsələlər sırasında kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində görülən işlər də dayanıb. Ötən il sentyabr ayının 29-u bu yaşayış məntəqəsi sakinlərinin xatirində uzun illər yaşayacaq. Həmin gün kənddə bir neçə yeni obyektin istifadəyə verilməsi Tumaslıda böyük dövlət qayğısının ifadəsi kimi yadda qalıb.

Ayrı-ayrı təşkilatlarda çalışanlara yaradılan şəraitin heç də rayon mərkəzinin, hətta Naxçıvan şəhərinin idarə və müəssisələrindəkindən fərqli olmadığı aşkar görünür. Bu da belə deməyə əsas verir ki, bu cür şəraitdə heç kimin pis işləməyə haqqı yoxdur.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • VERGİ SİYASƏTİ İQTİSADİ SİYASƏTİN TƏRKİB HİSSƏSİDİR
  • ELM VƏ TƏHSİL HƏR BİR XALQIN İNKİŞAFININ ƏSASIDIR
  • DİNAMİK İQTİSADİ İNKİŞAF MUXTAR RESPUBLİKAMIZA BÖYÜK UĞURLAR GƏTİRİR
  • YARADILMIŞ ŞƏRAİTDƏN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR 
  • YERLİ TİKİNTİ MATERİALLARI İSTEHSALI ARTIR 
  • SAĞLAM İNSAN SAĞLAM CƏMİYYƏTİN YARADICISIDIR 
  • PEYVƏNDLƏMƏ DAVAM ETDİRİLİR 
  • PAXILLIQDAN ÖLƏN ADAM (FELYETONSAYAĞI)

«ŞƏRQ QAPISI» QƏZETİNİN 12 FEVRAL 2010 TARİXLİ SAYINI BURADA OXU


«Şərq qapısı» - 2 fevral 2010 

02.02.2010


AYDIN SABAHLARA DOĞRU

...Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı.

Azərbaycan SSRİ-nin tərkibində yeganə respublika idi ki, onun Konstitusiyasında xalqın ana dilinə - Azərbaycan dilinə dövlət statusu verilmişdi.

HEYVANDARLIQ SAHƏSİNƏ BÖYÜK MARAQ VAR

...2010-cu ilin 1 yanvar tarixinə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu heyvanları sayı 98807 baş, xırdabuynuzluların sayı 589603 baş olmuşdur. Hərtərəfli dövlət qayğısından Babək rayonunun heyvandarları da bəhrələnmişlər.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • AZƏRBAYCAN GƏNCLƏRİ XALQIMIZIN QIZIL FONDUDUR
  • BƏLƏDİYYƏLƏR VACİB VƏ LAZIMLI QURUMDUR
  • ƏHALİNİN VƏ ƏRAZİLƏRİN FÖVQƏLADƏ HALLARDAN QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
  • DÖVLƏT QAYĞISI YENİ QƏLƏBƏLƏRƏ RUHLANDIRIR
  • NİZAM-İNTİZAM İLİNİN UĞURLU NƏTİCƏLƏRİ
  • MUXTAR RESPUBLİKAMIZDA MUZEYLƏRİ ZİYARƏT PULSUZDUR
  • GƏNC BOKSÇUMUZUN UĞURLARI

«Şərq Qapısı» qəzetinin 2 fevral 2010 tarixli sayını burada oxuya bilərsən


«Şərq qapısı» - 26 yanvar 2010 

26.01.2010


NAXÇIVAN MR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ 2009-CU İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ İCLAS KEÇİRİLMİŞDİR


Əvvəlcə qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strateqiyasının reallaşması istiqamətində həyata keçirilən irimiqyaslı tədbirlər sayəsində blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublika öz iqtisadi inkişaf tempinə görə ölkənin 10 iqtisadi rayonu arasında lider mövqeyə çıxmışdır.

...Qeyd olunanlar xarici xüsusi xidmət orqanlarını və digər destruktiv qüvvələri öz düşmənçilik fəaliyyətində əsasən istinad etdikləri əhalinin aztəminatlı təbəqəsi adlı sosial bazadan məhrum etmiş, onların kəşfiyyat-pozuculuq və təxribat fəaliyyətinin səmərəliliyinin minimuma enməsinə önəmli təsir göstərmişdir.

Nəticədə xarici xüsusi xidmət orqanları həmin şəxslərin mövcud durumundan istifadə etməklə onları cinayət əməllərinə sövqetmə cəhdlərinin qarşısı alınmışdır.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • ƏL TƏTİKDƏ, GÖZ HƏDƏFDƏ – ÖLKƏMİZ HƏM İQTİSADİ, HƏM DƏ HƏRBİ CƏHƏTDƏN GETDİKCƏ DAHA DA GÜCLƏNİR
  • ÖTƏN İL NAİLİYYƏTLƏRLƏ YADDA QALDI 
  • NAXÇIVAN ŞƏHƏRİNDƏKİ «XALÇAÇILIQ» YARIMSTANSİYASI YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR 
  • ƏHALİNİN ƏRZAQ MƏHSULLARI İLƏ TƏMİNATI DİQQƏT MƏRKƏZİNDƏDİR 
  • SƏHİYYƏ İNKİŞAF YOLLARINDA 
  • QAYĞIYA ƏMƏLİ İŞLƏ CAVAB VERİLİR 
  • TƏHSİLƏ XÜSUSİ QAYĞI GÖSTƏRİLİR
  • NAXÇIVANIN AVTOMOBİL YOLLARI BRYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILIR


«Şərq qapısı» - 23 yanvar 2010 

23.01.2010


NAXÇIVAN MUXTAR RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR


... Ötən il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda qlobal iqtisadi böhranın aradan qaldırılması üçün bir çox məsələlər müzakirə olunarkən iki mühüm məsələyə - statistik rəqəmlərin və bank əməliyyatlarında piramida formasında istifadə yolu ilə rəqəmlərin süni şəkildə şişirdilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirildi.

...Sonra binaya baxış olmuşdur.

Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan inzibati bina müasir memarlıq üslubunda inşa edilmişdir. ...Akt zalı, kitabxana və arxiv inzibati binanın beşinci mərtəbəsində yerləşir.

Kitabxananın fondunda 1900 kitab vardır. Onlardan 600-ü ümummilli liderimizə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, dövlətçilik tariximizə, muxtar respublikamıza həsr olunmuş kitablar, 1300-ü isə iqtisadiyyat və statistika ilə bağlı nəşrlərdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI


  • PEŞƏ TƏHSİLİ ZAMANIN TƏLƏBİDİR
  • QURUCULUQ İŞLƏRİ 2009-CU İLDƏ UĞURLA DAVAM ETDİRİLİB 
  • SƏDƏRƏK TƏRƏQQİ VƏ İNKİŞAF YOLUNDA 
  • «YENİLƏŞMƏ İLİ»NDƏ QAZANILAN UĞURLAR DAHA ÇOX OLACAQ 
  • GÖMRÜK ORQANLARI 2009-CU İLİ UĞURLA BAŞA VURMUŞDUR 
  • ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR 
  • NAXÇIVANDA HƏZRƏT NUHUN OĞLU TÜRKLƏ BAĞLI RƏVAYƏT 
  • KARİYES GENİŞ YAYILMIŞ DİŞ XƏSTƏLİYİDİR


«Şərq qapısı» - 22 yanvar 2010 

22.01.2010


VƏTƏN SEVGİSİ İNSANLARI BİR-BİRİNƏ BAĞLAYAN ƏN GÜCLÜ VASİTƏ, BİR MİLLƏTİN HƏYAT FƏLSƏFƏSİDİR


Azərbaycan xalqının vətəninə olan sevgisi və bağlılığı isə tarixi bir gerçəklikdir, onu digər millətlər içərisində üstün edən ən ali xüsusiyyətlərdən biridir.

BÖYÜK AZƏRBAYCAN İDEALI

Heydər Əliyev hakimiyyətə gəldikdən (1969-cu ili nəzərdə tutur – red.) dərhal sonra azərbaycanlılar arasında milli birlik, xalqla hakimiyyət arasında uçurumu aradan qaldırıb vəhdət yaratmaq kimi bir problemi həll etdi. Hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirərək Azərbaycan elitasını birləşdirib respublikanı tərəqqiyə doğru aparmağa başladı.

...Məsələn, sahidlərin dediklərinə görə, bir dəfə respublikada futbolun vəziyyəti, «Neftçi» komandasının pis oyunu müzakirə olunarkən Heydər Əliyev məşqçidən komandanın zəif çıxışının səbəbini soruşduqda o, azərbaycanlıların «sümüyünün kiçik olduğunu» bəhanə gətirir. Heydər Əliyev bildirir ki, sən nə danışdığını bilirsənmi? Üzünü KP MK-nın II katibi Puqaçova tutaraq deyir ki, belə çıxır mənim sümüyüm bu Puqaçovun sümüyündən kiçikdir?

Azərbaycanda Moskvanın adamı hesab olunan bir şəxsin üzünə belə sözləri açıq şəkildə yalnız böyük azərbaycansevər, millətsevər və öz şəxsiyyətinə hörmət edən şəxs söyləyə bilərdi.

GİGİYENA TƏDBİRLƏRİNİN BƏHRƏSİ

Sədərəkdə yoluxucu xəstəliklər qeydə alınmır.

Mərkəz direktoru Yavər Sultanovun bildirdiyinə görə, yoluxucu mədə-bağırsaq, parazitar və zoonoz xəstəliklərin qarşısının alınmasında şəxsi gigiyena qaydaları ilə yanaşı, dezinfeksiya tədbirlərinin aparılmasının rolu əvəzsizdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • MUZEY İSTİFADƏYƏ HAZIRDIR
  • KEYFİYYƏT ƏSAS AMİLDİR 
  • YENİ XƏSTƏXANA BİNASI TİKİLƏCƏK 
  • ULU ÖNDƏR AZƏRBAYCAN GƏNCLİYİNƏ HƏMİŞƏ BÖYÜK QAYĞI İLƏ YANAŞIRDI 
  • ENERJİ TƏCHİZATINDA PROBLEM YOXDUR 
  • SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN VƏTƏNDAŞLARIMIZ ÜÇÜN YENİ BİNA TİKİLİR 
  • BANK XİDMƏTİNİN SƏVİYYƏSİ YÜKSƏLİR 
  • ARIÇILIQ GƏLİRLİ SAHƏDİR 
  • QIŞA HAZIRLIQ BƏHRƏLƏRİNİ VERİR 
  • XÜSUSİ SATINALMA ELANIL-42408-İCB-2.02 Tenderə Dəvət


«Şərq qapısı» - 21 yanvar 2010 

21.01.2010


MOSKVADAN DÜNYAYA UCALAN SƏS

20 Yanvar hadisələrinə heç nədən çəkinməyərək məhz Heydər Əliyev ilk dəfə münasibət açıqladı

Bu gün ümummilli liderimizin miras qoyub getdiyi müstəqil Azərbaycanda hamı özünü etibarlı dövlətin vətəndaşı hesab edir. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyini xilas edib. Ölkəmizin inkişafını görən hamı düşünür ki, o zamanlar ölkəyə Heydər Əliyev rəhbərlik etsəydi, Azərbaycanda qanlı hadisələr baş verməzdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: «Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi»

ORDUDA XİDMƏT MÜQƏDDƏS BORCDUR

Hazırda hərbi çağırış prosesi hansı səviyyədədir? Bununla bağlı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasının hərbi komissarı, polkovnik-leytenant Səxavət Salmanova müraciət etdik.

- Səxavət müəllim, həqiqi hərbi xidmətə çağırış kampaniyası necə keçir?

- Xalqımızın ümummilli lideri Heydər Əliyevin belə bir kəlamı var: «Hər bir gənc, hər bir ata, ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona ən əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir…»

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • MİLLİ ŞƏRƏF VƏ LƏYAQƏT TARİXİ
  • TARİXİMİZİN FACİƏ VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİ 
  • GÖRÜLƏN İŞLƏR BU İL DƏ DAVAM ETDİRİLƏCƏK 
  • ÖTƏN İL RABİTƏ SAHƏSİNDƏ DƏ BİR SIRA UĞURLAR ƏLDƏ EDİLİB 
  • AİLƏ KİÇİK DÖVLƏT, CƏMİYYƏTİN AYRILMAZ BİR HİSSƏSİDİR 
  • «YENİLƏŞMƏ İLİ»NDƏ YENİ UĞURLAR GÖZLƏNİLİR


«Şərq qapısı» - 19 yanvar 2010 

19.01.2010


ƏDLİYYƏ ORQANLARI DÖVLƏT QAYĞISI ƏHATƏSİNDƏDİR

Sovet hakimiyyəti dövründə ideologiya maraqları çərçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət məhkəməsi sisteminin formalaşmasına mane olurdu. Yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ədliyyə və məhkəmə orqanları davamlı inkişaf mərhələsinə qədəm qoydu.

ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

...Ötən il 39 nəfər vətəndaşa işsizlik statusu verilmiş, 48 nəfərə 36433 manat məbləğində işsizlik müavinəti ödənmiş, 234 nəfər vətəndaş ictimai işlərə cəlb edilmiş, sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 122 nəfərin kvota yerlərinə göndərilməsi təmin edilmişdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • MÜSTƏQİLLİYİMİZİN SİMVOLU – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ
  • BANKLARIN İQTİSADİYYATIN İNKİŞAFINDA ROLU ARTIR 
  • YÜKSƏK HƏYAT TƏRZİNİN BAŞLICA AMİLİ İQTİSADİYYATIN İNKİŞAFIDIR 
  • NAXÇIVAN SƏHİYYƏSİNİN 86 İLDƏ KEÇDİYİ YOL VƏ MÜASİR MƏRHƏLƏDƏ QARŞIDA DURAN MƏSƏLƏLƏR 
  • YENİ KOMPYUTER OTAĞI YARADILIB 
  • 2009-CU İL ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN ƏLAMƏTDAR OLMUŞDUR 
  • YENİLƏŞMƏ İLİNDƏ İŞLƏR TƏLƏB OLUNAN SƏVİYYƏDƏ QURULACAQDIR 
  • QAZANILAN UĞURLAR YENİ NAİLİYYƏTLƏRƏ YOL AÇIB 
  • NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NARKOMANLIĞA VƏ NARKOTİK MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ KOMİSSİYASININ MƏLUMATI 
  • ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
  • UŞAQLARIN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA VALİDEYNLƏRİN VƏ FİZİKİ TƏRBİYƏNİN ROLU 
  • ƏHALİNİN FASİLƏSİZ ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNMASINA HƏRTƏRƏFLİ ŞƏRAİT YARADILMIŞDIR 
  • QAÇAQMALÇILIQ VƏ GÖMRÜK QAYDALARININ POZULMASI İLƏ MÜBARİZƏ MÜTƏŞƏKKİLLİKLƏ HƏYATA KEÇİRİLİR 
  • BU İL BƏSTƏKARLAR TƏŞKİLATI ÜÇÜN UĞURLU OLACAQ 
  • UŞAQ TEATRI BALACALARI YENİ TAMAŞALARLA SEVİNDİRƏCƏK


«Şərq qapısı» - 16 yanvar 2010 

16.01.2010


NAXÇIVAN POLİSİNİN TARİXİ VƏ DÖVLƏTÇİLİYƏ SƏDAQƏTİ


…Ümummilli liderimiz Heydər Əliyevin «Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram» söyləməsi Azərbaycan polisinə verilən ən böyük qiymətdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • AZƏRBAYCANIN 9 MİLYONUNCU SAKİNİ NAXÇIVANDA DÜNYAYA GƏLDİ
  • MUXTAR RESPUBLİKAMIZDA ƏDLİYYƏ ORQANLARI İNMALI TƏRƏQQİ YOLUNDADIR
  • İNSANLARIN SAĞLAMLIĞININ QORUNMASI DÖVLƏTİMİZİN DİQQƏTLƏ SAXLADIĞI ÜMDƏ MƏSƏLƏLƏRDƏNDİR
  • EKOLOGİYANIN QORUNMASI ÜMUMXALQ İŞİNƏ ÇEVRİLİB


«Şərq qapısı» - 14 yanvar 

14.01.2010


YARIM ƏSRİN 15 İLİ


Muxtar respublikamızın müasir tarixində son 15 il yeni intibah mərhələsi kimi yadda qalıb.

…Bəli, rəhbərin uğuru ondadır ki, o, ilk növbədə xalqa arxalanır, onun məhəbbətini qazanır və bu məhəbbət də gələcəkdə daha böyük nailiyyətlər təməlinə çevrilir. Bir mahnıda deyildiyi kimi

Əlinlə Naxçıvan qızıl don geyir,
Ağ günlər eşqinə göyə yüksəlir.
Cavidim məzardan dikəlib deyir:
- Bütün varlığınla elə bağlısan,
Qədim Naxçıvanın əziz oğlusan.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI


  • YENİLƏŞƏN NAXÇIVANIN ELMİ TƏQDİMATI
  • İLDƏN-İLƏ GÖZƏLLƏŞƏN ULU YURDUM
  • YENİLƏŞMƏ GÜNÜN TƏLƏBİDİR
  • QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
  • BU DİYARDA TİKİLƏNLƏR, QURULANLAR GƏLƏCƏK NƏSLİN SƏRVƏTİDİR


«Şərq qapısı» - 13 yanvar 2010 

13.01.2010

UĞURLU ELMİ FƏALİYYƏTİN YEKUNU

Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 2009-cu il üzrə elmi fəaliyyətə həsr olunmuş iclas keçirilmişdir.

…hesabat dövrü ərzində AMEA-nın 2 həqiqi, 5 müxbir üzvünün, 24 elmlər namizədinin çalışdığı NDU-da 2009-cu il 9 dissertasiyanın müdafiə olunması…, 236 elmi-tədqiqat işinin həyata keçirilməsi barədə məlumat verilmişdir. NATO-nun qrantı əsasında universitetdə yaradılan Wi Fi kampus internet şəbəkəsi, Azərbaycan ali məktəb sistemində ilk dəfə olaraq 110 hektarlıq ərazidə simsiz sürətli internet bağlantısı universitet üçün böyük nailiyyətdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • TƏHSİL İŞÇİLƏRİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
  • ORDUBADDA TARİXLƏ MÜASİRLİK VƏHDƏT TƏŞKİL EDİR 
  • YERLİ İSTEHSAL SAHƏLƏRİNİN FƏALİYYƏTİ DƏSTƏKLƏNİR 
  • BİNADA İŞLƏR SÜRƏTLƏ APARILIR 
  • GƏNCLİYİMİZ GƏLƏCƏYİMİZ 
  • VƏTƏNDAŞLARIN HÜQUQ VƏ AZADLIQLARININ QORUNMASI 2009-CU İLDƏ DƏ DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILMIŞDIR 
  • GÖRÜLƏN İŞLƏRLƏ KİFAYƏTLƏNMƏK OLMAZ 
  • DÖVLƏT VƏSAİTİ QƏNAƏTLƏ XƏRCLƏNMƏLİDİR
  • HƏR BİR ŞAHMATÇININ XOŞBƏXTLİYİ ÖZ ƏLİNDƏDİR


«Şərq qapısı» - 12 yanvar 2010 

12.01.2010


NAXÇIVAN AVTOMOBİL ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR


Yanvarın 11-də Naxçıvan Avtomobil Zavodu istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fəthiyev demişdir ki, ...Muxtar Respublikada hökm sürən ciddi nizam-intizam, sahibkarlığın inkişafına göstərilən qayğı burada Azərbaycanda analoqu olmayan avtomobil zavodunun yaradılmasına səbəb olmuşdur.

4 modeldə istehsal olunan avtomobillərin dəyərinin 7500 manatdan 12700 manat arasında dəyişməsi makroiqtisadi sahədə avtomobil zavodunun əhəmiyyətlilik dərəcəsinin göstəricisidir.

Ali Məclisin Sədri belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir:

«Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi».

Zavodun istehsal gücü ildə 4 min - 5 min ədəd minik avtomobilidir.

Zavodun işə başlaması ilə 50 yeni iş yeri açılmışdır. Müəssisədə orta aylıq əməkhaqqı 250 manatdır.

VARLILAR DA AĞLAYIR

Bu dünyanın çox qəribə işləri var. Dünən biznesmen olan bir şəxs bu gün pul tapıb işığının, qazının, suyunun haqqını ödəyə bilmir. Nəticədə evindən didərgin düşür. Günahkar isə qlobal iqtisadi böhrandır. Bəlkə doğrudan da böhran günahkardır. Bəs dövlətin öz vətəndaşlarının bundan qorumaq mexanizmi yoxdurmu? (Müəllif ABŞ-ı nəzərdə tutur - AzadlıqRadiosu).

Biz də bu təzadlı dünyada yaşayırıq. Doğrudan da belə şeyləri görəndə hər bir azərbaycanlı öz ölkəsi və öz dövləti ilə fəxr edib qürur hissi keçirməlidir. Bizdə işini itirənə də dövlət tərəfindən ünvanlı sosial yardım verilir.

YENİLƏŞMƏ İLİ İŞƏ YARADICI YANAŞMA TƏLƏB EDİR
(Bu fikirlər İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) aparatında keçirilən yığıncaqda səslənmişdir)

Yığıncaqda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada 2009-cu ildə də davam etdirilmişdir.

BİLİK YARIŞMASI KEÇİRİLMİŞDİR

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon təhsil şöbəsi ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş bilik yarışması keçirilmişdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • Qarağacın xoş günləri
  • Ötən il tibb kadrlarının yetişdirilməsində nailiyyətlər əldə qazanılmışdır


«Şərq qapısı» - 9 yanvar 2010-cu il 

09.01.2010


XALQA SƏDAQƏT NÜMUNƏSİ
(Ulu öndərin həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın tərəqqi yoludur)

Ulu öndər Heydər Əliyev çox böyük maneələr dəf edərək ən uca zirvələri fəth etməyi bacaran nadir tarixi simadır. Tariximizin son 50 ili bu parlaq zəka sahibinin adı ilə bağlıdır.

O GÜNLƏR DÖNƏN DEYİL

Sovet hakimiyyəti 70 il ərzində xalqları inandırmağa çalışırdı ki, bir az da dözün, kommunizm deyilən bir quruluş gələcək və insanlar ərzaq mallarını mağazalardan pulsuz alacaqlar. Yazıq və sadə camaat buna inanaraq yarı qarın ac, yarı qarın da tox oturub o günü gözləyirdilər. Əlbəttə, bu nağıla inanmayanlar da var idi. Onların da aqibəti ya Sibir idi, qa qəbir.

ÖTƏN İL İCTİMAİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ İSTİQAMƏTİNDƏ MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİB

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Daxili işlər nazirliyi və Prokurorluq üzrə cinayətlərin ümumi sayı 50 faiz, yəni 18-ə qarşı 9 olmaqla 9 fakt azalmışdır.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI


  • Cari ildə səhiyyə şəbəkələrinin genişləndirilməsi davam etdiriləcək
  • «Ekologiya ili»ndə daha çox uğurlar əldə ediləcək 
  • Mirzə Cəlil yaradıcılığı milli-mənəvi sərvətimizdir 
  • Musiqi kolleci yeni ilə yeni orkestrlə qədəm qoydu


HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ 

08.01.2010

Mütləq oxuyun!

 

TƏNQİDİ JURNALİSTİKADAN, MÜXTƏLİF FİKİRLƏRİ ƏKS ETDİRƏN MƏQALƏLƏRDƏN, DEBAT VƏ MÜZAKİRƏLƏRDƏN TƏNGƏ GƏLMİSİNİZSƏ, BU QƏZETİ OXUYUN. MÜTLƏQ OXUYUN! ÇALIŞACAĞIQ ONUN HƏR NÖMRƏSİNİ DİQQƏTİNİZƏ ÇATDIRAQ.

 


CULFA GÖMRÜK ORQANININ 180 İLLİK YUBİLEYİ QEYD OLUNUB

...Qeyd olunub ki, 180 yaşlı Culfa sərhəd keçid məntəqəsi əsl inkişaf dövrünü Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin öncüllüyü ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır.

HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ

Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının yüksəldilməsinə göstərilən dövlət qayğısı getdikcə artır.

Muxtar respublikada yetişdirilən qaramalın cins keyfiyyətini yaxşılaşdırmaq və məhsuldarlığının yüksəltmək üçün 2002-ci ildən başlayaraq maldarlıqda süni mayalanma üsulu tətbiq edilir. Bu məqsədlə Hollandiyadan gətirilmiş «Holçtin-friz», «Şvis» cinsindən olan törədicilərin toxumundan istifadə olunur.

AVROPA ÜÇÜN ƏHƏMİYYƏTLİ ÖRNƏK


...aydın olur ki, dünya elminin, mədəniyyətinin, demokratiyanın, nə bilim daha nələrin yüksək inkişaf etdiyi bir məkan və standartların bir çox ölkələrdə tətbiq etməyə çalışan Avropanın indi yadına düşür ki, qlobal ekoloji problemlərin həll olunması üçün yaşıllıq sahələrini artırmaq lazımdır. Azərbaycan Avropanın bir hissəsi kimi bu problemin həlli ilə çoxdandır ki, məşğuldur. Hələ ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda geniş yaşıllaşdırma işləri həyata keçirilmişdir...

...Sovetlər dövründə Naxçıvandan Sədərəkə, Şahbuza və Ordubada gedərkən yol boyu çox nadir yerlərdə bir neçə ağac görmək olardı. Düzənliyə baxmaqdan adamın gözü yorulurdu.

Müstəqilliyimizin ilk illərində isə həmin nadir ağacların ətrafı işbazlar tərəfindən «restoranlara» çevrildi. Ətrafa kabab sümüyü və ərzaq tullantıları atılırdı.

İndi isə yol kənarındakı yaşıllıqlar SANKİ adamı yayda günəşin istisindən qoruyur. Parklardakı dekorativ ağaclar və gülzarlıqlar insanlara könül rahatlığı, şəhərimizə isə gözəlliklər bəxş edir.

Bunlar Naxçıvan MR Ali Məclisi Sədrinin səyləri nəticəsində yaradılmışdır. Onun ekoloji mühitin əhəmiyyətini nəzərə alaraq imzaladığı sərəncamlara oxşar sənədləri Avropada hələ indi qəbul etməyə hazırlaşırlar.

MƏQALƏ BAŞLIQLARI

  • TORPAĞA BAŞ ƏYƏNİN SÜFRƏSİ BOL OLAR (Bu həqiqət Kərimbəyli kəndində təsdiq edilib) 
  • MÜƏLLİMLƏR CƏMİYYƏTİN ƏN NÜFUZLU, ƏN MÖTƏBƏR İNSANLARIDIR (Ulu öndərimiz Heydər Əliyevin müəllimlərə göstərdiyi yüksək ehtiram, alicənablıq nümunəsi gənc nəsil üçün örnəkdir)
  • BİZNES MÜHİTİNİN ƏLVERİŞLİ OLMASI VERGİ DAXİLOLMALARINI ARTIRMIŞDIR 
  • ƏN İŞIQLI GÜNƏŞ ELMDİR 
  • ERMƏNİSTAN FƏLAKƏTİN ASTANASINDADIR 
  • GÖMRÜK ORQANLARI ARASINDA FUTBOL TURNİRİ KEÇİRİLİB

«Şərq Qapısı» qəzetinin 8 yanvar 2010 tarixli sayını burada oxuya bilərsən


«QARŞIDA BİZİ BÖYÜK YENİLİKLƏR GÖZLƏYİR» 

07.01.2010

TƏNQİDİ JURNALİSTİKADAN, MÜXTƏLİF FİKİRLƏRİ ƏKS ETDİRƏN MƏQALƏLƏRDƏN, DEBAT VƏ MÜZAKİRƏLƏRDƏN TƏNGƏ GƏLMİSİNİZSƏ, BU QƏZETİ OXUYUN. MÜTLƏQ OXUYUN! ÇALIŞACAĞIQ ONUN HƏR NÖMRƏSİNİ DİQQƏTİNİZƏ ÇATDIRAQ.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov:

«Keçən yolun təhlili, ondan çıxarılan nəticəni və ötən hər ili göz önünə gətirəndə əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bu yol gələcəkdə daha böyük nəticələr əldə etməyimizə imkan yaradacaqdır».

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ÜZRƏ 2009-CU İLİN DEKABR AYINDA VERİLƏN TƏBİİ QAZIN SATIŞINDAN TOPLANAN ÖDƏMƏ FAİZİ BARƏDƏ MƏLUMAT

1Şərur rayonu121.1 faiz
2Şahbuz rayonu 100.2 faiz
3Naxçıvan şəhəri 100 faiz
4Babək rayonu 100 faiz
5Ordubad rayonu 100 faiz
6Culfa rayonu 100 faiz
7Kəngərli rayonu 100 faiz
8Sədərək rayonu 100 faiz
9Muxtar respublikanın müəssisə və təşkilatları 116.6 faiz
 Naxçıvan Muxtar Respublikası üzrə cəmi 108.7 faiz 

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI


  • «Babək-Çörək» MMC-də keyfiyyətli məhsul istehsal olunur
  • Şərur şəhər 1 nömrəli məktəbin binası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir
  • Qarşıda bizi böyük yeniliklər gözləyir
  • Yeni məktəb binalarının tikintisi yeniləşmə ilində də davam etdiriləcək
  • Armreslinq yarışı keçirilib


TORPAQ MÜLKİYYƏTÇİLƏRİ HƏRTƏRƏFLİ DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNMUŞLAR 

06.01.2010

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ayrı-ayrı istiqamətlərdə olduğu kimi, aqrar bölmənin də hrətərəfli inkişafına əlverişli şərait yaratmış və bu siyasət bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi «2008-2015-ci illərdə Naxçıvan MuxtarRespublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Sərəncamına» uyğun olaraq müxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir...

...Həmçinin kartofçuluğun inkişafı üçün 4 ədəd kartofun kultivasiya işlərini aparan texnika, 17 ədəd «Belorus» markalı traktor, 10 ədəd kotan, 5 ədəd seqment otbiçən, 4 ədəd taxılsəpən, 4 ədəd dərmansəpən, 9 ədəd presvuran, 20 ədəd əl üçün otbiçən, 2 ədəd toxumtəmizləyən, 3 ədəd dırmınq, və 3 ədəd çizel, ümumilikdə 106 ədəd müxtəlif markalı texnika alınıb gətirilərək icarəyə verilmiş və ya lizinq yolu ilə satılmışdır.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI PSİXİ, AĞCİYƏR XƏSTƏLİKLƏRİ DİSPANSERLƏRİNƏ VƏ ONKOLOJİ MƏRKƏZƏ BAYRAM SOVQATLARI VERİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər, Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji Mərkəz də səhiyyə sistemində yeni quruculuq ünvanlarıdır. Səfqətə ehtiyacı olan xəstələr bu səhiyyə müəssisələrində qayğı ilə əhatə olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində müalicə olunan xəstələrə baş çəkmiş, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı munasibəti ilə təbrik etmiş, tezliklə sağalıb öz ailələrinə qayıtmalarını, cəmiyyətdə öz yerini tutmağı arzulamışdır.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI:

  • Nazirlik üçün yenidən qurulan bina təhvilə hazırlanır
  • Naxçıvan Hərbi Hospitalına bayram sovqatı aparılmışdır 
  • Keyfiyyətli rabitə xidməti göstərilməsi üçün maddi-texniki baza yaradılmışdır 
  • Səhiyyə müəssisəsinin yeni korpusunda son tamamlanma işləri aparılır 
  • Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şənlik keçirilmişdir 
  • Rusiyada «İlin məhsulu» müsabiqəsində muxtar respublikamızda istehsal olunan məhsullar da nümayiş etdirilib (həmin məhsullar birinci dərəcəli «Zolotoy sirin» diplomlarına və medala layiq görülüb) 
  • İstehlakçıların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir 
  • Qabiliyyətlə zəhmət birləşəndə əsl sənət əsərləri yaranır (Rəssam Telman Abdinovun bütün əsərlərində bu həqiqəti görmək olur) 
  • Kərim xan Kəngərli haqqında bildiklərimiz və bilmədiklərmiz 
  • Uşaq filarmoniyasının yaradılması üçün hazırlıq işləri davam edir 
  • Tanınmış alim (Professor Hacıfəxrəddin Səfərli tariximizin aktual məsələlərinin obyektiv həllində səylə çalışır) 
  • Rayon mədəniyyət evinin kollektivi əsgərlərin qonağı oldu 
  • Voleybol görüşü haqda xəbər 
  • Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı obyektlərin tikinstisi üzrə təkliflər sorğusu elan edir 
1. Şərur rayon Maxta kəndində 522 yerlik məktəbin tikintisi
2. Şərur rayon Yenigcə kəndində 568 yerlik məktəbin tikintisi
3. Babək qəsəbəsində Uşaq musiqi məktəbinin tikintisi
4. Culfa şəhərində 774 yelik 3 nömrəli məktəbin tikintisi
5. Culfa şəhərində 2 nömrəli məktəbin yenidən qurulması
6. Kəngərli rayon Yeni Kərki kəndində 88 yerlik məktəbin tikintisi


Şriftin ölçüsünü dəyiş - +