İran hərbiyyəsi bildirir ki, helikopterin qalıqlarını İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə aid dron aşkar edib
O çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa “qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır”
Mayın 23-də Rəisinin cənazəsi Məşhəd şəhərindəki İmam Rza türbəsinə aparılacaq. Burada mərhumla İranın ali rəhbəri, ayətüllah Əli Xameneyinin vidalaşması olacaq
Gürcüstana qarşı vizasız rejimin dayandırılmasından başqa, konkret məmurlara qarşı ünvanlı sanksiyalar və maliyyə yardımının dondurulması da daxil müxtəlif tədbirlər həyata keçirilə bilər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev Gəncə, Göygöl və başqa yerlərdəki stadionların qanunsuz satışında suçlanır.
Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir.
İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili prezident İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğrama şəraiti və sonra baş verənlər barədə danışıb.
İranın səkkizinci prezidenti İbrahim Rəisi, xarici işlər naziri Abdullahian və daha altı nəfər mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbindəki Varzaqan rayonunda helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. Onlar Azərbaycanla sərhəddə birgə bəndin açılış mərasimindən sonra Təbrizə qayıdırdılar. İranda beş günlük matəm elan edilib.
Sərhədlərə yenidən baxılmasını təklif edən bu sənədə Finlandiya və Litva XİN-ləri hələ ki, şərh verməyiblər.
Ekspertlərin fikrincə, adı çəkilməsə də, bu mesajların əsas ünvanı Moskvadır.
Avropa İttifaqı xarici işlər komissarı Jozep Borrel X platformasında bildirir ki, Moldova Aİ ilə belə bir razılaşma imzalayan ilk ölkə olub.
Bu işi aparan qrupun üzvləri "Azatutyun"a deyiblər ki, burada Yerevan-Tbilisi yolunun Azərbaycan ərazisindən yan keçəcək hissəsi tikiləcək.
Davamı