Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd kimi ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib.
Fransa Azərbaycanı Yeni Kaledoniyada siyasi gərginliyi qızışdırmaqda ittiham edir. Rəsmi Bakı isə bu iddiaları rədd edərək Parisin öz siyasətində demokratiya və insan hüquqları prinsiplərini rəhbər tutmalı olduğunu bildirir.
O, ötən il mayın 9-da — faşizm üzərində Qələbə günü münasibətilə tədbirin SSRİ bayrağı altında keçirilməsi və sinəsinə "Georgi lenti" taxmasından sonra vəzifədən çıxarılmış, ardından isə həbs edilmişdi.
"Hürriyyət" qəzetinin və HurriyyetTV internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətinin pisləşdiyi bildirilir.
Dövlət Vergi Xidməti "MeydanTV işi" üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. Bu qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bəzi deputatların Azərbaycanla bağlı açıqlamalarına reaksiya verib.
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniştərkibli görüşlər keçirib.
Fəaliyyəti dayandırılmış Vətəndaş və İnkişaf Partiyasının keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə əlaqədar Azərbaycan hökuməti ilə dostcasına razılaşıb.
Avropa Parlamenti oktyabrın 8-də qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini dinc tənqidçilərə, jurnalistlərə, insan hüquqları fəallarına, müxalifət liderlərinə və alimlərə qarşı təqiblərə son qoymağa çağırır.
AzadlıqRadiosunun əldə etdiyi audioyazıda media əməkdaşı bildirir ki, bu ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumundan bir qədər sonra bəzi jurnalistlərə sosial şəbəkə hesablarını iş prosesi ilə bağlı aktiv saxlamaq tapşırığı verilib/
"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalla Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov arasında yenidən gərginlik yaşanıb.
Azərbaycanda həbsdə olan bir qrup jurnalist, ictimai fəal və müxalifətçi müraciət yayaraq, beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (advokasiya) daha koordinasiyalı, açıq və hərtərəfli aparılmasına çağırıb.
Davamı