Saytımızdan rahat istifadə etmək üçün brouzerinizi yeniləyin, ya da dəyişin.
Yükləmək üçün təsvirlərdən birinə tıklayın
Radio Free Europe / Radio Liberty broadcasts in 28 languages. Most of our programs are available on FM and medium-wave frequencies of local radio stations in the countries of our broadcast area.
Günün ən çox danışılan hadisələri gündəlik debat proqramında, hər gün saat 17-dən 19-dək. AzadlıqRadiosunun canlı efirində dinləyin, baxın, canlı efirə qoşulun. Ən maraqlı debatlar şənbə və bazar günləri efirdə təkrara səsləndirlir. Veilişlərin mətni və audiyazısını isə İşdənSonranın websaytında tapa bilərsiz.
Aparıcı Xədicə İsmayılova, Kamran Mahmudov
Günün ən çox danışılan hadisələri...
Siyasi şərhçilər Razi Nurullayev, Vəfa Quluzadə və deputat Zahid Oruc bu barədə fikirlərini bölüşürlər.
«Ayı işi»nə görə cərimələnən qəzetlərin – «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, qəzetlərin vəkili Fariz Namazlı və media məsələləri üzrə ekspert Xalid Ağəliyev qəzetlərə kəsilən cəriməni müzakirə edirlər.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, «ReAL» Hərəkatının həmsədri İlqar Məmmədov və parlamentin Beynəlxalq Münasibətlər komitəsinin üzvü Gülər Əhmədova Fransa Senatının «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qərarı müzakirə edirlər.
Politoloqlar Elşən Manafov və Rövşən İbrahimov Soçi görüşündən gözləntilərini açıqlayırlar.
Hüquq müdafiəçiləri Leyla Yunus, Emin Hüseynov və İntiqam Əliyev «Human Rights Watch» təşkilatının son hesabatını müzakirə edirlər.
Publisist Xaliq Bahadır və 1990-cı il 20 Yanvar ərəfəsində həmin hadisələrə şahidlik etmiş siyasət adamları xatirələrini bölüşürlər.
Politoloq Ərəstun Oruclu və jurnalist Sədrəddin Soltan MTN-in açıqladığı rəsmi məlumatı şərh edirlər.
Tibbi ekspert Adil Qeybulla, «Sağlamlığa çağırış» QHT Alyansının sədri Süleyman Cəbrayılov və hüquq müdafiəçisi İradə Cavadova son vaxtlar peyvəndlərdən əziyyət çəkən insanlar haqda söhbət edirlər.
İçərişəhər qala divarlarının sökülməsi barədə Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova və tarixi abidələr üzrə tanınmış ekspert-rəssam Mir Teymur danışır.
«Qaya» mətbuat yayımının sədri Xanhüseyn Əliyev və «Azərmətbuatyayım» Səhmdar Cəmiyyətinin sədri Süleyman Salmanov son vaxtlar Bakıda qəzet köşkləri üçün yaradılan maneələrdən danışırlar.
Jurnalist İdrak Abbasov və hüquqşünas Fuad Ağayev Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin açıqlamalarına münasibət bildirirlər.
İT mütəxəssisi Vahid Qasımov, on-line media mütəxəssisi Elnur Baimov və hüquqşünas Ələsgər Məmmədli son vaxtlar saytların dağıdılmasını müzakirə edirlər.
Prezidentin 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirəsi haqda ekspertlər Oktay Haqverdiyev və Qubad İbadoğlu danışır.
Deputat Fazil Qəzənfəroğlu və iqtisadçı-ekspert Nazim Məmmədov körpələrə verilən müavinətlər barədə fikirlərini bölüşürlər.
Xalq artisti Flora Kərimova və kulturoloq Rəhman Bədəlov yaradıcı insanların siyasi partiyalara üzv olmalarını müzakirə edirlər.
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov və Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov köhnə taksilərin yığışdırılması haqda danışırlar.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl, 20 Yanvar deputat istintaq komissiyasının üzvləri Səftər Nəhmədov və Sabir Rüstəmxanlı Rusiya hökumətinin 20 Yanvar faciəsini törədənlərə xüsusi imtiyaz və veteran adının verilməsi haqda qərarına münasibət bildirirlər.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlı və hüquqşünas Ərşad Hüseynov bu barədə fikirlərini bölüşürlər.
İqtisadçı-ekspertlər Azər Mehdiyev və Oktay Haqverdiyev iqtisadi azadlıqlar indeksində Azərbaycanın yerini dəyərləndirirlər.
5 siyasi partiyanın yaratdığı yeni hərəkat barədə sualları Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu cavablandırır.