Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:46

Azərbaycan ziyalıları niyə susurlar?..


Qiyas İbrahimov məhkəmədən çıxır
Qiyas İbrahimov məhkəmədən çıxır

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.

Qiyas Ibrahimov başqa bir tələbə fəal Bayram Məmmədovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə qraffiti yazdığına görə həbs edilmişdi.

Lakin bundan sonra onların hər ikisinə qarşı narkotik maddə ittihamı irəli sürülüb. Əksər beynəlxalq insan haqları təşkilatları, o cümlədən Human Rights Watch ittihamın qondarma olduğuna inandıqlarını bildiriblər.

Təşkilatın Cənubi Qafqaz direktoru Giorgi Gogia deyib ki, Azərbaycan hakimiyyəti təkcə 2016-cı ildə “bu fəndlə” 20 nəfəri həbs və mühakimə edib. Bunları Giorgi Gogia deyib. Bəs görəsən Azərbaycanın tanınmış simaları, ziyalıları - yazıçılar, şairlər, sənətçiləri belə hadisələrə pis və ya yaxşı heç bir reaksiya vermirlər?

Məsələn filosof Niyazi Mehdi deyir ki, Qiyas İbrahimova 10 il həbs cəzası verilməsi olduqca ağır cəzadır:

Şair Musa Yaqub deyir ki, belə məsələlərdə ziyalılar öz sözünü deməlidir. Amma şair bildirir ki, bu məsələdən o qədər də məlumatlı olmasa da, gəncin başqa ittihamla həbs olunmasının tərəfdarı deyil:

Yazıçı, kulturoloq Toğrul Cuvarlı bir gəncə bu qədər cəzanın verilməsini insafsızlıq adlandırır. Toğrul Cuvarlı cəmiyyətdə belə hadisələrə kifayət qədər reaksiyanın olmamasını isə biganəlik hesab edir.

Yazıçı, publisist İradə Tuncay isə deyir ki, məhkəmə Qiyasın gəncliyini nəzərə almalıydı. Onun sözlərinə görə, Qiyas kimlərinsə tələsinə düşüb.

Kulturoloq, filosof Rəhman Bədəlov bu xəbərdən sarsıldığını bildirir.Rəhman Bədəlov deyir ki, Qiyasın atdığı addıma haqq qazandırmasa da, onun cəsarətinə valeh olub. Yaxşı ki, belələri var deyib...

Burada bir sirri də açmaq olar ki, AzadlıqRadiosunun müraciət etdiyi bir çox məşhurlar susmağa üstünlük veriblər.

XS
SM
MD
LG