Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Zirəli: ‘Öz parniklərinə bütün kəndin qazını verirlər...’ [video]


İlham Əliyevin inhisarçı məmurları
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

İlham Əliyevin inhisarçı məmurları [video]

Bir tərəfdə prezidentin Azərbaycanda iş adamlarına hər cür şərait yaradılması haqda çıxışları, digər tərəfdə iflas edən kiçik sahibkarlar.

‘Parnik’ sahəsində də inhisar var

Zirəlilər deyir ki, vaxt vardı az qala hər kəs qapısında pomidor becərərdi. Amma indi inhisar, qeyri-bərabər imkanlar ucbatından pomidorun başını buraxmalı olublar:

"Burda pomidor xiyar becərərdik. Amma ziyana düşəndən sonra daha becərmirəm. Öz nəzarətlərində olan parniklərə az qala bir Zirə əhalisinin qazını verirlər, biz də qalırıq qazsız. Ona görə də camaat məcbur qalıb, öz parniklərini də satıb onlara, özləri də gedib orda işləyir".

Buna da bax:​ Şəmkir bağlarında xurma da artıb, qiymət də...

Müstəqil ekspertlər düşünür ki, əksər sahələrdə vəziyyət Zirədəki kimidir. 2014-cü ildə Azadlıqradiosu-nun üzümçülüklə bağlı araşdırmasından məlum olmuşdu ki, iri inhisarçılar yerli əhalinin üzüm sahələrini alıb, özlərini də orda işlədirlər.

Ekspertlər Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün ilk növbədə inhisarın aradan qaldırılmasını, sahibkarlara bərabər imkanlar yaradılmasını vacib sayırlar.

Prezident deyir hər cür şərait yaradılıb

Prezident İlham Əliyevin sözlərinə görə, sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Prezident bildirib ki, təkcə 2016-cı ilin 9 ayında sahibkarlara 120 milyon manat güzəştli kredit ayrılıb. İlham Əliyev bu haqda hökumətin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında danışıb:

"Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq".

Buna da bax:​ 'Adamların yerlərini əllərindən alıb zeytunluq salırlar'

“Nə qədər ki, yerli məmurlar bizneslə məşğul olacaq...”

Azərbaycanda biznes mühiti haqda mövzunu davam etdiririk. Keçmiş millət vəkili Nazim Bəydəmirli düşünür ki, nə qədər ki, yerli məmurlar bizneslə məşğul olacaq Azərbaycanda iş mühitindən danışmaq yersizdir. Çünki onlar öz bizneslərini inkişaf etdirmək üçün vəzifələrindən sui-istifadə edərək, digərlərini sıxışdırırlar:

"Azərbaycanda kölgə iqtisadiyyatına görə durum heç də ürəkaçan deyil. Azərbaycandan Ukrayna, Türkiyə, Gürcüstan və digər ölkələrə son illər xeyli kapital axıb. Bu o deməkdir ki, insanlar öz bizneslərini Azərbaycanda yox, digər ölkələrə çıxarmağa can atır. Bu o deməkdir ki, Azərbaycanda normal biznes mühiti olsaydı, sahibkarlar daha böyük nailiyyətlər qazana bilərdilər".

Dünya Bankının hesabatına görə 2010-cu ildə Azərbaycan biznes mühitinin durumuna görə 38-ci yerdə idisə, indi 64-cü yerə qədər geriliyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG