Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

Zika virusuna görə olimpiada ləğv edilsin?


Zika viruslu hamilə qadın (türkmən banneri)

Zika viruslu hamilə qadın (türkmən banneri)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarının Zika virusuna görə ya ləğv edilməsi, ya başqa yerə keçirilməsi ilə bağlı 150 tibb mütəxəssisinin çağrışını qəbul etmir.

ÜST mayın 28-də yaydığı bəyanatda bildirir ki, bunun üçün əsas yoxdur.

Fevral ayında virusun Amerikada geniş yayıla biləcəyini bəyan edən ÜST yetkililəri hesab edirlər ki, oyunların Zika virusunun geniş yayılmasına əhəmiyyətli təsiri yoxdur.

Yay Olimpiya Oyunları Braziliya paytaxtı Rio-de-Janeyroda avqustun 5-21-i tarixində keçiriləcək.

Mayın 27-də dünyanın 20-dən çox ölkəsindən tanınmış tibb mütəxəssisi ÜST-na məktub yazıb narahatlıqlarını bildiriblər ki, oyunlar zamanı təhlükəli Zika virusu dünyaya yayıla bilər. Onlar oyunların ya ləğv edilməsini, ya da başqa ölkəyə keçirilməsini istəyiblər.

10 min idmançının yarışacağı oyunlara baxmaq üçün yüz minlərlə turistin Rio de Janeyroya axışacağı gözlənir. Paytaxt isə Zika virusunun yayıldığı episentirlərdən biridir. Vuris daha çox hamilə qadınlar üçün həssasdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG