Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:40

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunu “qlobal təhlükə” siyahısından çıxarıb.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir ki, virus artıq dünya üçün təhlükə sayılmasa da, yenə də riski azalmayıb və onunla mübarizə işi davam edəcək.

Bu infeksiyaya daha çox hamilə qadınlar yoluxur və problemli körpələrin doğulmasına şərat yaradır.

ÜST-nın məlumatına görə, yalnız Braziliyada 2 min Zika vurusuna yoluxma halı qeydə alınıb.

İnfeksiya özünü gec biruzə verdiyi üçün müasir tibb xəstəliyi erkən aşkar edə bilmir.

Virusa qarşı vaksin hələ tapılmayıb.

Bu ilin fevralında ÜST Zika virusunu “qlobal təhlükə” saymışdı.

Virusa Latın Amerikası, ABŞ, Avropa ölkələri və Rusiyada yoluxma halı qeydə alınmşdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG