Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

-

«Kəndin mərkəzindəki keçmiş qarajları söküb yerində binalar tikirlər. Halbuki, qazdıqları özüllərdən su fəvvarə kimi vurub çıxır. Bununla belə, göz yumub tikintilərini davam edirlər».

«SABAH O BİNA ÇÖKƏNDƏ...»

«Şahinlər» adlı tikinti şirkəti Zığ qəsəbəsindəki keçmiş avtobus qarajlarının yerində göydələnlərin tikintisinə başlayıb. Artıq dərin özüllər qazılıb, bərkitmə işləri aparılır. Onlarla fəhlə iş başındadır. Yerli sakinlərsə onlara mane olmağa çalışır. Qəsəbə sakini Hüseyn Əsgərov AzadlıqRadiosuna bildirib ki, mayın 14-də sakinlər növbəti dəfə tikinti aparılan əraziyə gələrək işin dayandırılmasını tələb ediblər:

«Özüldən su çıxır. Bunlarsa hündürmərtəbəli binalar tikirlər. Ərazidəki vəziyyəti bilməyən adamlar gəlib sabah o binalardan mənzil alacaqlar. Şirkət də, icra hakimiyyəti də insanların həyatlarını riskə qoyublar. Sabah o bina çökəndə həm içərisində yaşayanlar bədbəxt olacaq, həm də biz».

Sakinlərin radioya göndərdikləri həvəskar çəkilişlərdən də görünür ki, əraziyə xeyli tikinti materialları gətirilib, ağır texnikalar işləyir. Qəsəbə sakini Əli Abbasov:

«Orda qarajlar qalıb, üçmərtəbəli inzibati bina da var. Ta əvvəldən hamı bilir ki, orda heç beşmərtəbəli bina tikintisi də mümkün deyil. Bunlarsa 16-, 18-mərtəbəli binalar tikirlər».

17 BİNA TİKİLƏCƏK

Sakinlərin deməsinə görə, ərazidə 17 bina tikilməsi nəzərdə tutulub.

Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazidəki tikintiyə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var. Ərazi hündürmərtəbəli binaların tikintisinin aparılmasına uyğun hesab edilib.

Sakinlərsə deyirlər, 2012-ci ildə belə bir səhvə elə icra hakimiyyəti özü yol verib. Zığdakı sürüşmə zonasından köçürülən ailələrə hazırda su çıxan ərazidə 5-mərtəbəli bina tikilib. Hazırda binanın zirzəmisindən su, az qala, mərtəbələrə qədər çıxmaqdadır. Bina gündən-günə qəzalı vəziyyətə düşür. Suraxanı rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG