Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Elçin Şıxlı: 'Qırağa çəkildikcə adamın özündən zəhləsi gedir'


Elçin Şıxlı
Elçin Şıxlı

►“Bizimkilərin çoxu hədəfinə çatıb və xoşbəxtdirlər. Ona görə də bu gün jurnalistikada heç bir hərəkət yoxdur, jurnalistika yatıb qalıb”

“Paslanmağı, geridə qalmağı özümə rəva görmədim”.

Elçin Şıxlı belə deyir, iki illik fasilədən sonra fəaliyyətini bərpa edən “ayna.az” saytının redaktoru.

İki il başını qatmağa işi olsa da, jurnalistika üçün darıxıb.

Elçin Şıxlı: “Qırağa çəkildikcə adamın öz-özündən zəhləsi gedir”
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

– Elçin bəy, saytdakı ilk köşə yazınızda Ernest Hemingway-dən misal gətirirsiz: “Qoca, səni kim məğlub etdi?” “Ayna”nı kim məğlub etmişdi və necə oldu ki, yenidən bu dörd “qoca” – köşə yazarı - siz, Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu “dəniz”ə çıxmalı oldunuz?

– Əvvəldə yazmışdım, yenə elə “Qoca və dəniz”də olan bir kəlmədir, “məğlub olmanın insana belə rahatlıq gətirəcəyini düşünməzdim”. Nə bilim, yorulmuşdum və mənə elə gəlirdi ki, məğlub olmuşam. Amma dincəldim, yan-yörəmə baxdım, mətbuata baxdım, başa düşdüm ki, qıraqda oturmaq zamanı deyil. Mətbuatın durumu heç cürdür indi.

– Siz mətbuatdan 2014-cü ildə getdiniz, səhv etmirəmsə, bu o dövrüydü ki, vətəndaş cəmiyyəti fəalları, siyasətçilər, jurnalistlər təqib olunur, həbs edilir, bəziləri mühacirətə gedirdi. İndi dəyişən nədir?

– Birincisi, yumşalma var. Məsələn, Rauf Mirqədirovun üzərindən ittiham götürülməsə də, azadlığa buraxıldı, Xədicə İsmayılla bağlı ittihamların əsas hissəsi olduğu kimi qalsa da, bir qismi götürüldü və azadlığa buraxıldı. Leyla Yunus, Arif Yunus da buraxıldı, xaricə getməyə də icazə verildi. Yəni bunların özü də bir göstəricidir. Mən demək istəmirəm ki, hər şey birdən-birə ideallaşacaq, amma hər halda, tendensiyanı hiss edirəm. İkincisi də, qırağa çəkildikcə adamın öz-özündən zəhləsi gedir. Bunu öz payıma deyirəm. Oturdum, müəyyən işlər gördüm, tərcümələr etdim, “İngiliscə-azərbaycanca lüğət” hazırladım, sonra dostlarla “Jurnalistika terminlərinin izahlı lüğəti”ni hazırladıq, amma bunlar elə şeydi ki, bitir. Amma jurnalistika peşə olmaqla yanaşı, həm də həyat tərzidir. Həmkarlarım sual verirlər ki, “Ayna”nın hədəfləri nədir? Jurnalistikanın hədəfləri yoxdur, funksiyası var. Hədəf elə şeydir ki, məqsəd qoyursan qarşına və ona çatırsan. Hədəfə çatanda məsələ bitir, amma funksiya bitmir, hər zaman işləyir. Ətrafa baxdım ki, bizimkilərin çoxu hədəfinə çatıb və xoşbəxtdirlər. Ona görə də bu gün jurnalistikada heç bir hərəkət yoxdur, jurnalistika yatıb qalıb. Amma mən qarşıma nə məqsəd qoymuşam, nə də hədəf. Mən jurnalist funksiyasını yerinə yetirmək istəyirəm, bu sadəcə, mənim içimdən gələn istəkdir.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

– Bəlkə də tələbatdır?

– Doğrudan tələbatdır. Adam oturduqca korşalır, paslanır, geriləyir. Özümə geridə qalmağı rəva görmək istəmirəm.

– Saytda ancaq bu dörd müəllifin köşələri olacaq?

– Bəli.

– Bir də internet TV layihəsi üzərində işləyirsiz, deyəsən?

– Bəli.

– Siyasi debatlar, müsahibələr olacaq, ya başqa şey fikirləşirsiz?

– Siyasi debatlar olmayacaq. Sadəcə, cəmiyyətdə ictimai kəsəri olan məsələlərin müzakirəsinə ehtiyac yarananda oturub müzakirə edəcəyik. Siyasilikdən uzaq olmaq istəyirəm, ordakı müəlliflərin heç biri siyasətçi deyil. Hərçənd hər biri özünə “politoloq” deyənlərin yüzünə dəyər. Amma hərə, gərək, bildiyi işin ucundan tutsun. Biz ziyalı, jurnalist kimi hansısa məsələləri müzakirə edəcəyik. Verilişlər 20-25 dəqiqədən artıq olmayacaq, çünki baxılmır. Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi televiziya ustadları olan yerdə bundan istifadə etməmək olmazdı. İndi məsləhətləşirik. Görək alınırmı. Zənnimcə, alınmalıdır. Alınmasa, gərək peşəmizi dəyişək.

Buna da bax: "Partlayışın İsraillə sazişdən sonra baş verməsi təsadüfi deyil"

Rusiya-Türkiyə münasibəti yumşalarsa, Azərbaycan nə qazanar?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?
XS
SM
MD
LG