Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

►“Zərdabi dirilib bu kəndə gəlsə, nə zülm çəkdiyimizi görsə, vallah, dəsmal götürüb ağlayar”

Qubanın Zərdabi kəndi çoxlarının yadında Sovet vaxtındakı meyvəçilik sovxozu kimi qalıb. İndi bu kənddə nə əkin-biçindən, nə heyvandarlıqdan, nə də suvarma sahələrinə gecə-gündüz şırıltıyla axan sudan iz qalmayıb.

Kənddə 4 min 200 sakin yaşayır. Bu qədər sakin hər gün kəndə göndərilən bir maşın su ilə “yola verilir”. Ancaq kənd sakinləri kəndə su maşını göndərilməsini vəziyyətdən çıxış yolu hesab etmirlər.

Kənd sakini Əsəd Qeybullayev:

“Bu bizim heysiyyatımıza toxunur. Bizi nə hesab edirlər? Bir kəndi bir maşın su ilə yola vermək olar? Nə suvarmaya, nə içməyə, nə məişətdə işlətməyə, nə gizlədim axı, ayaqyoluna aparmağa bir aftafa su tapmırıq. Dünyada olmayan kəşf, ixtira qalmadı, insan oğlu Aya gedib çıxdı, bizsə hələ də “su” deyib nalə çəkirik”.

Buna da bax: Burda yay-qış uzunboğaz çəkmə geyirlər

“SU QƏHƏTƏ ÇIXIB”

Illüstrasiya

Illüstrasiya

Kəndin başqa bir sakini Qurban Əsməmmədov:

“5-6 aydır ki, su qəhətə çıxıb. Yayda əkin sahələrimiz, həyətlərimizdəki ağaclarımız yanıb külə döndü. Bir manat qazancımız olmadı. Susuzluq bu kənddə bir adama imkan vermir ki, əkinçiliklə, heyvandarlıqla məşğul olsun. Suyun olmaması bizə həm də maddi cəhətdən zərbədir. Pul qazana bilmirik. Kənd adamı qışda yaşamaq üçün yaydan azuqə toplamalıdır. Biz onu toplaya bilmədik. İndi də qarşıdan soyuqlar gəlir”.

Buna da bax: Nobeli belaruslu yazar Svetlana Aleksieviç aldı

Sakinlər deyirlər, su kənddən uzaq düşəndən yazmadıqları ünvan, döymədikləri qapı qalmayıb. Sakinlər kənddə artezian quyularının qazılmasını istəyirlər.

Kənd bələdiyyəsindən isə bildirilib ki, yay quraqlıq keçdiyindən kənddəki dörd quyudan üçü tamam quruyub. Buna görə də rayon icra hakimiyyəti kənddə əlavə quyular qazılmasına qərar verib. Qazılan quyulardan biri artıq istifadəyə verilib. Digər quyuların da istifadəyə veriləcəyi gözlənilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG