Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

“28 noyabr” Azərbaycan tarixinin ən hüznlü günlərindən biridir – həmin gün Həsən bəy Zərdabi dünyasını dəyişib.

Düz 109 il öncə bu bənzərsiz şəxsiyyət yağışlı-çiskinli bir payız günündə əbədiyyətə uğurlanıb.

28 noyabr - Həsən bəyin dəfn günü, beləcə, xatirələrə yazıldı, qəzet-jurnal səhifələrinə daşında, hətta günümüzə gəlib çatmış fotoda əks olundu.

Hələ indiyədək Bakı belə matəm mərasimi görməmişdi.

Buna da bax:​ Həsən bəy Zərdabi Maksim Qorkinin düşüncələrinə necə təsir etmişdi...

Dan ağarınca - səhər tezdən onun yaşadığı “Poçtovı” küçəsinə yaxın olan Qoşa Qala Qapısının çevrəsi adamla dolmağa başladı.

Həsən bəyi son mənzilə yola salmağa müxtəlif millətlərin nümayəndəsi gəlmişdi.

Qasım bəy məscidində keçirilən dini ayinlərdən sonra elə orada böyük matəm mitinqi keçirildi.

İkinci matəm mitinqi Həsən bəyin çalışdığı “Kaspi” qəzetinin redaksiyasında (indiki Sabir heykəlinin yanı - red.) oldu.

Buna da bax: Azərbaycanda ilk feministlər kişilər olub

Üçüncü matəm mitinqi mərhumun uzun illər vəkili olduğu Bakı Dumasının qarşısında (indiki Bakı şəhər İcra Hakimiyyətinin binası - red.) gerçəkləşdi.

Mərhumla son dəfə indiki Azneft meydanında vidalaşdılar.

Və sonu görünməyən insan seli Həsən bəyi çiynində Bibiheybət məscidinə sarı daşıdı.

Buna da bax:​ Siz də mənim kimi meydana girin

1907-ci il noyabrın 28-i. Zərdabinin dəfn olunduğu gün.

1907-ci il noyabrın 28-i. Zərdabinin dəfn olunduğu gün.

Həsən bəy məscidin həyətində torpağa tapşırıldı.

Amma qarşıda böyük təlatümlər, təkrar dəfnlər dururdu.

Hələliksə, 1907-ci il noyabrın 28-i idi...

Hər şeydən xəbərsiz xalq böyük ağrıyla millət atasını son mənzilə uğurlayırdı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG