Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

►Rayon sakini: Varlıdan pul alıb sənəd vermisən, kasıb gələndə qapıdan qovmusan. Ya da “şirinlik” alıb demisən, “get tik, koram, görmürəm”. İndi də gəlib sökürsən...

“4-5 nəfəri buraxıb rayonun canına, qarşılarına çıxan hasarı, eyvanı sökürlər, evləri dağıdırlar. Adamlar bu evləri tikmək üçün illərlə əkinçiliklə, heyvandarlıqla məşğul olub. Elə ana var ki, övladının üzünü illərlə görmür. Bakıya hamballığa göndərib, oğul da işləyib qazandığını anaya göndərib, ev tikib, şərait qurub ki, uşağı qayıdıb həyatını qursun, ailəsi olsun. Başçının adamları gəlib bir anda dağıdıb getdilər”.

Zərdabda yaşayan Əsmər Zeynalova danışır ki, 15 gündən çoxdur, rayon icra hakimiyyətinin başçısının göstərişi ilə məhəllələrə gələn qurum nümayəndələri hasarları, eyvanları, hətta evləri belə sökürlər. Bu da kasıb əhalinin qəzəbinə səbəb olub. Başçının adamları bunu tikililərin sənədsiz olması ilə izah edirlər. Rayon sakini Məhərrəm Cabbarov deyir, sökülən yalnız kasıb zümrənin əziyyətlə tikdiyidir:

“Kasıbın tikdiyini sökür, varlının tikdiyinin yanından üzünü çevirib keçir, sanki görmür. Sür buldozeri, bircə varlının hasarını dağıt, deyim, düz adamsan”.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

“KASIB GƏLƏNDƏ QAPIDAN QOVURSAN”

“Deyirlər, “varlının tikdirdiyi mülkün sənədi var, sizin tikdirdiyiniz mülkün sənədi yoxdur”. Hətta belədirsə, yenə də haqsızlıqdır, ədalətsizlikdir. Necə olur, varlı sənəd əldə edə bilir, kasıb yox? Sənəd dövlətin sənədidirsə, niyə birinə verirlər, o birinə yox? Bax, eyni məhəllədə iki yanaşı evdir, birini sökür, o biri üçün deyir “sənədi qaydasındadır”. Hamı istəyər ki, tikdiyi evin sənədi qaydasında olsun. Deməli, varlıdan pul alıb sənəd vermisən, kasıb gələndə qapıdan qovmusan. Ya da “şirinlik” alıb demisən ki, “get tik, koram, görmürəm”. İndi də gəlib sökürsən. Deyəndə, vaxtında “şirinlik alıb özün icazə vermisən”, deyirsən ki, “mənə böhtan atırsan”. Bax, rayondakı vəziyyət budur”.

“ƏVVƏL “SETKA”YLA HASARLAYIRLAR, SONRA DA…”

Sakinlər deyirlər, sökülən evlərdən biri də 1994-cü ildə Tərtərdə həlak olmuş Əlimərdan Əhmədovun ailəsinə məxsus olub. Bu evin sökülməsi zamanı məhəllədə yaşayanlarla icra hakimiyyətinin göndərdiyi fəhlələr arasında mübahisə yaşanıb.

Zərdab rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sökülənlər bina evlərinin həyətlərindəki hasarlanmış ərazilər, qarajları, hamam və digər artırılmış tikililərdir.

İcra hakimiyyətindən bildiriblər ki, sakinlərin səsləndirdikləri fikirlər əsassızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG