Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Kino Akademiyası Ermənistanın filmini geri qaytarıb


"Zəlzələ" filminin treylerindən bir kadr
"Zəlzələ" filminin treylerindən bir kadr

‘The Hollywood Reporter’ saytı xəbər verir ki, Ermənistanın Kinematoqrafiya Elmləri Akademiyasının münsiflər heyətinə təqdim etdiyi film müsabiqədən çıxarılıb.

Xarici dilli film kateqoriyasından Oscar mükafatına təqdim olunmuş ‘Zəlzələ’ filminin müsabiqənin tələblərinə cavab vermədiyi bildirilib.

Akademiyadan deyiblər ki, Ermənistana müsabiqəyə başqa film təqdim etməsi üçün imkan verilib.

Filmin geri qayrtarılmasına səbəb olaraq onun istehsalında həddən ziyadə çox sayda milliyətcə rusun olması, əksinə ermənilərin azlıq təşkil etməsi olub.

Filmi istehsal etmiş Moskva şirkəti Mars Media, Akademiyaya təqdim etdiyi sənəddə bildirirdi ki, film Rusiya və Ermənistanın şərikli istehsalıdır.

‘Biz hələ də ümid edirik ki, film siyahıya qaytarılacaq, - deyib Mars Medianın rəhbəri Ruben Dişdişyan, - Filmi istehsal edənlərin 90 faizi Ermənistan, Rusiya və Fransa erməniləridir’.

3 milyon dollara baş gəlmiş ‘Zəlzələ’ filmi 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş təbii fəlakətdən bəhs edir.

Sarik Andreasyanın çəkdsyi bu film Ermənistanın Oscar mükafatına təqdim etdiyi beşinci kino işi idi.

Bundan əvvəl Akademiyaya Natalya Belyauskenenin ‘Əgər hər bir kəs…’, Ruben və Vahe Gevorkyantsların ‘Sehrbazın payızı’, Hiner Salimin ‘Limonlu araq’ və Vigen Çaldıranyanın ‘Sükutun simfoniyası’ filmləri təqdim edilmişdi.

‘The Hollywood Reporter’ yazır ki, Ermənistanın sözü gedən əvvəlki təqdimatlarının heç biri nominasiya edilməyib və mükafat qazanmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG