Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Bu gün «Baku Steel Company» zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb. Həmin şəxslərin zavodun işçiləri olduğu deyilir.

Onların 65 yaşlı Ələsgər Ələsgərov, 46 yaşlı Elsevər İbadullayev, 45 yaşlı Məmməd Kərimov, 57 yaşlı Nüsrəddin Səfərov və 34 yaşlı Natiq Salmanov olduğu bildirilir.

Yaralıların müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi söylənir.

Partlayışın səbəbi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

«Baku Steel Company» MMC 2001-ci ildən fəaliyyətə başlayıb.
Zavodda çox çeşidli künclük, şveller, ikitavr və katanka istehsal edilir. Ölkə mətbuatında «Baku Steel Company» böyük monopolist kimi təqdim edilir. Hətta mətbuatda yazılanlara görə, bu zavoda məxsus idmançı gənclər Bakıdakı kiçik metal zavodlarının işini fiziki zorakılıqla dayandırıblar. Ancaq müəssisə rəhbərliyi belə iddiaları təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG