Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Reza Zarrab-ın həbsinin Türkiyə əks-sədası


Reza Zarrab
Reza Zarrab

-

İran əsilli biznesmen Reza Zarrab-ın martın 22-də ABŞ-da həbsi Türkiyədə böyük əks-səda doğurub. Qızıl ticarətçisi olan Zarrab vaxtilə Türkiyə rəhbərliyinin adı hallanan rüşvət qalmaqalının mərkəzində dururdu.

ABŞ Zarrab-ı İran hökuməti və bizneslərinə iqtisadi sanksiyalardan yayınmağa kömək etməkdə suçlayır.

Prezident Recep Tayyip Erdoğan dəfələrlə bildirib ki, 2013-cü ildə ona və yaxın ətrafına qaldırılmış korrupsiya ittihamları əsassızdır, məqsəd onu devirmək olub. Zarrab o zaman qalmaqalın mərkəzində dururdu. Erdoğan minlərlə dövlət qulluqlusu, polis əməkdaşını, prokuroru işdən çıxarmış, həbsə atdırmışdı. Çoxları ölkəni tərk etməyə məcbur olmuşdu.

Zarrab həm ABŞ-ın ittihamlarını, həm də 2013-cü ildə Türkiyədə qaldırılmış cinayət işini rədd edir, biznesinin qanuni olduğunu bildirir. O, 2013-cü ildə Türkiyədə saxlanıb, Erdoğan hökumətinin üzvlərinə milyonlarla dollar nağd pul və hədiyyə verməklə İranla qızıl alverini asanlaşdırmaqda ittiham olunub. Türkiyədə ona və Erdoğan hökumətinin üzvlərinə ittihamlar sonucda ləğv edildi.

ABŞ-da qaldırılan ittihamnamədə bildirilir ki, Zarrab müttəfiqləri ilə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində şirkətlər şəbəkəsi vasitəsilə İranın adından biznes həyata keçirib, ABŞ-a qarşı dələduzluq edib.

İttihamnaməyə görə, bu sxemdən İranın hökumət bankı olan «Bank Mellat», İran Milli Neft Şirkəti və «Naftiran Intertrade» şirkəti faydalanıb.

XS
SM
MD
LG