Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 05:31

İyulun 22-si axşam Zaqatala və Balakən rayonları ərazisində qısamüddətli qasırğa baş verdiyi, güclü yağış yağdığı bildirilir.

APA-nın xəbərinə görə, qasırğa əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Yaşayış və inzibati binaların, fərdi evlərinin dam örtüyünə ciddi ziyan dəydiyi, bir sıra ərazilərdə irigövdəli ağacların yıxıldığı deyilir. Rabitə və elektrik naqillərinin də sıradan çıxdığı açıqlanır. Üstəlik, bir çox maşınların üzərinə dam örtüyü düşməsi nəticəsində ziyan gördükləri bildirilir.

Rayonun bəzi hissələrində elektrik enerjisinin kəsildiyi qeyd edilir.

Qasırğanın Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini də qoparıb yerə saldığı bildirilir. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlarına leysan nəticəsində ciddiziyan dəydiyi qeyd edilir. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyünün, 51 saylı Yol İstismar İdarəsinin əsas və köməkçi binalarının da dam örtüyünə ziyan dəydiyi deyilir.

Qasırğanın Balakən rayonunda da bəzi yerlərdə elektrik və rabitə sistemini sıradan çıxartdığı açıqlanıb. Verilən məlumatlarda qeyd edilir ki, rayonun 70 faizinə elektrik enerjisinin verilməsi dayanıb. Üstəlik, rayona təbii qazın verilməsinin də dayandığı bildirilir.

XS
SM
MD
LG