Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:19

Türkiyədə şagirdlər 'Atatürkçülük' və 'Təkamül təlimi'ni öyrənməyəcəklər


Türkiyə, İstanbul Universiteti.
Türkiyə, İstanbul Universiteti.

Türkiyənin Təhsil Nazirliyi ibtidai siniflər, orta sinflər və liseylər üçün təhsil proqramından yeni dəyişikliklər ediblər. Belə ki, nazirlik orta məktəbdə keçilən humanitar fənnlərin dərsliklərindən "Atatürkçülük" anlayışı ilə bağlı mətnləri tamamilə çıxarıb, dərsliklərdə Mustafa Kamal Atatürkün şəxsiyyəti haqda məlumatlar isə qismən ixtisar olunub. Təhsil proqramının bu cür dəyişilməsinə hökümətə yaxın "Eğitim Bir Sen" adlı həmkarlar təşkilatı tələb edib.

Yayılan digər xəbərdə isə nazirlik Charles Darwin-in "Təkamül təlimi"ni də orta məktəb Biologiya dərsliklərindən çıxarıldığı deyilir.

Buna da bax: 'Türkiyənin süqutu illərdir gedən prosesin nəticəsidir'

Yeni dərs proqramına görə Biologiya dərsliklərində "Həyatın başlanğıcı və təkamül" bölümü çıxarılacaq, onun yerinə isə "Canlılar və ətraf mühit" bölümü əlavə olunacaq. Bu bölümdə şagirdlərə ətraf mühitin təsiri ilə genetik dəyişmələr öyrədiləcək.

Təhsil Nazirliyinin yaydığı məlumata görə həmçinin bundan sonra türk şagirdlər məktəbdə Türkiyənin yeni tarixi bölümündə türk tarixindəki dövlət çevrilişləri, həmçinin 15 iyul çevrilişi, Avropa Birliyinə üzvlüyün xronologiyası, Kipr müzakirələrini də öyrənəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG