Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Herbert Zalber Bakıya gəlir


Herbert Zalber Ermənistanda göüş keçirir, 20 Okt, 2016

Herbert Zalber Ermənistanda göüş keçirir, 20 Okt, 2016

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin oktyabrın 25-də Azərbaycana üç günlük səfərə edəcəyi gözlənilir.

O, Bakıda rəsmi şəxslərlə danışıqlar aparmalıdır.

Görüşlərdə Azərbaycan-AB münasibətləri, habelə Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri müzakirə edilməlidir.

Buna da bax:​ Xüsusi nümayəndə Azərbaycanla məsləhətləşmələrə gəlir

H.Zalber Bakıya Yerevandan gəlməli, orada da analoji görüşlər keçirməlidir.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

Buna da bax:​ Avropa Birliyi Bakı ilə əlaqələrin bərpasına şaddır

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG