Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Müdafiə naziri hava hücumunun hazırlığını yoxlayıb


Azərbaycanın Müdafiə naziri Zakir Həsənov

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) yeni istifadəyə verilən Təlim Məşq Poliqonunun(TMP) açılışında iştirak edib.

Xəbəri nazrilik yayıb.

Nazir tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanıb. Poliqonda yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur.

Xəbərdə deyilir ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG