Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:19
Həmin bina
Həmin bina

AzadlıqLive-15 nəfərin öldüyü yanğın:"Günahkarlar azadlıqdadır" ?

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələri burdan izləyin

13:08 9.5.2016

Qələbədə Azərbaycanın payı

Azərbaycanda 9 May Qələbə Günü qeyd olunur.

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını alıb, 30 nəfər «Şərəf» ordeni ilə təltif olunub.

13:15 9.5.2016

İngilis qəzeti Leyla Əliyevanın London mülkindən yazır

“The Mail on Sunday” yazır ki, paytaxtın bahalı və dəbdəbəli Mayfair rayonunda, Park Lane küçəsində yerləşən bu mülkün 4 və 5-ci mərtəblərində yerləşən “çardaq mənzilin” sahibi Azərbaycan prezidenti İlham Əliyevin qızı və kübar xanım Leyla Əliyevadır.

13:25 9.5.2016

Bakı İslam Universitetinə (BIU) qəbul qaydalarında dəyişiklik

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli «Trend»ə bildirib ki, bu ildən namizədlər əvvəlcə TQDK-nın imtahanlarında iştirak edəcəklər. Qəbul üçün tələb olunan 100 balı topladıqdan sonra universitet özü qabiliyyət imtahanını keçirəcək.

14:10 9.5.2016

Putinin Qələbə günü ilə bağlı təbrikində Ukrayna və Gürcüstan liderləri yoxdur

Rusiya prezidenti Vladimir Putin Qələbə günü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini təbrik edib.

Krem saytının verdiyi məlumata görə, təbrik olunan liderlər arasında Ukrayna və Gürcüsatn liderləri yoxdur.

Putinin təbrikində deyilir ki, Putin Ukrayna və Gürcüstan vətəndaşlarını Qələbə günü ilə bağlı təbrik edir.

Davamı

XS
SM
MD
LG