Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Yunusların məhkəməsi qeyri-müəyyən vaxta qaldı


Leyla və Arif Yunusun xoşbəxt çağları

Leyla və Arif Yunusun xoşbəxt çağları

Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun kassasiya şikayətinə Ali Məhkəmədə baxılması noyabrın 2-nə təyin olunsa da, proses baş tutmayıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Hafiz Nəsibov Yunusların vəkillərinə bildirib ki, işə baxan hakimlər heyətindəki Əli Seyfəliyev hazırda ezamiyyətdədi. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.

Leyla və Arif Yunuslar barələrindəki cinayət işinə xitam, özlərinə isə bütün ittihamlar üzrə bəraət verilməsini tələb edirlər.

Buna da bax:​ Vəkil: 'Leyla və Arif Yunusa bəraət verilməlidir'

Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

Leyla və Arif Yunusun üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə Leyla və Arif Yunus ölkədən kənara buraxıldı. Hazırda onlar Hollandiyadadırlar.

Buna da bax:​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG