Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Leyla Yunus: “Ciyərim parçalanır”


Leyla Yunus və Arif Yunus məhkəməyə gətirili (Arxiv)

Leyla Yunus və Arif Yunus məhkəməyə gətirili (Arxiv)

►Leyla Yunus bu dəfə də məhkəmə zalına əl ağacının köməyilə gəldi

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxış iclası oktyabrın 15-də davam etdirildi.

Məhkəmə iclası cəmi 4-5 dəqiqə çəkdi.

Prosesə sədrlik edən hakim Vüqar Məmmədov bildirdi ki, oktyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinə Leyla Yunusun vəkili Elçin Sadıqovun vəsatəti daxil olub. Vəkil bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin məhkəmə iclası protokolları ilə tanış olmağa şərait yaradılmasını istəyib.

Hakim bildirdi ki, vəkilin protokollarla tanış olması üçün məhkəmə prosesi oktyabrın 20-nə qədər təxirə salınır.

Buna da bax: İran raketləri: 500 metr dərinlikdə- [Video]

ŞÜŞƏ KABİNƏYƏ SALINDI

Leyla Yunus bu dəfə də məhkəmə zalına əl ağacının köməyilə gəldi. O, zala daxil olarkən ayaq saxlayaraq, məhkəmə prosesini izləməyə gələnlərə müraciət etdi. Hüquq müdafiəçisi bildirdi ki, alman həkim avqustun 14-də ona iki aylıq müalicə yazıb və bu müddətdə təcridxananın sanitar hissəsində saxlanılmasını tövsiyə edib:

"Lakin məni cəmi altı gün sonra "sançast"dan çıxartdılar" - deyən hüquq müdafiəçisi ona baxan iki həkimi "cəllad" adlandırıb:

"Mənim ciyərim parçalanır".

Leyla Yunus bu barədə məlumat verərkən ətrafdakı çoxsaylı məhkəmə nəzarətçiləri ona mane olmağa və hüquq müdafiəsini zaldakı şüşə kabinəyə salmağa çalışırdılar. Leyla Yunus da öz növbəsində "məni itələməyin", -deyərək, fikrini başa çatdırmağa imkan verilməsini istəyirdi. Lakin buna əhəmiyyət verilmədi və Leyla Yunus zorla şüşə kabinəyə salındı.

Qeyd edək ki, L.Yunusun həkimlərlə bağlı dediklərinə Ədliyyə Nazirliyi hələ ki heç bir reaksiya verməyib. Hüquq müdafiəçisi bundan əvvəl də həbsxanadakı həkimləri ittiham edib. Nazirlik həmin iddiaları əsassız adlandırmışdı.

Buna da bax: Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil

MİKROFON İŞLƏMİR...

Arif Hacılı

Arif Hacılı

Məni çıxara bilməzsiniz. Deputatlığa namizəd kimi, mənim toxunulmazlıq hüququm var. Siz nə oyun çıxarırsız?

Şüşə kabinədə quraşdırılmış mikrofon işə salınmadığından Leyla və Arif Yunuslar hakimin nə danışdığını eşitmirdi. Leyla Yunus şüşədən işarə ilə heç nə eşitmədiklərini izah etdi və məhkəmə prosesini izləyənlərdən Müsavat başqanı Arif Hacılı bunu hakimlərin nəzərinə çatdırdı. Bu zaman hakim Vüqar Məmmədov yerindən icazəsiz danışdığını əsas gətirərək, Müsavat başqanının məhkəmə zalını tərk etməsini tələb etdi. Arif Hacılı buna etirazını bildirdi:

“TOXUNULMAZLIQ HÜQUQUM VAR”

"Məni çıxara bilməzsiniz. Deputatlığa namizəd kimi, mənim toxunulmazlıq hüququm var. Siz nə oyun çıxarırsız? Nə komediya düzəldirsiz?"

Sədrlik edənlə yanaşı, məhkəmə tərkibinə daxil olan digər hakimlər Əmir Bayramov və Əflatun Qasımov da nəzarətçilərdən Arif Hacılını zaldan çıxarmağı tələb etdilər.

Bu zaman Arif Hacılı "guya, indi siz hakimsiniz də..." deyərək, məhkəmə zalını tərk elədi.

Bundan sonra məhkəmənin təxirə salındığı elan olundu.

Xatırladaq ki, Leyla və Arif Yunusların vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdən apellyasiya şikayəti verib. Həmin hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsinin siyasi motivli olduğunu deyir və Azərbaycan hakimiyyətini onları azad etməyə çağırırlar.

Azərbaycan hökuməti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG