Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Neftin qiymətinin düşməsindən sonra Azərbaycan hökumətinin gözünü dikdiyi sahələrdən biri də tranzitdir. Artıq Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə tranzit layihələrinə diqqət artırılıb.

Bir müddət öncə tranzit yükdaşıma taarifləri azaldıldı. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da yaradıldı. Ancaq...

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 milyon 154.5 min ton, yük dövriyyəsi isə 7289.0 milyon ton-km olub.

Dövlət Statistika Komitəsinin (DSK-nin) bilgilərinə görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5.4 faiz azalma olub. Bilgilərdə qeyd edilir ki, bunun əsas səbəbi dəmiryol və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalardır (müvafiq olaraq 12.7 faiz və 27.1 faiz).

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 2.8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14.9 faizini və ya 5518.4 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253.3 milyon sərnişin daşınıb.

2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2.4 faiz çoxalıb.

PREZİDENT: «BUNLARI BİZ EDİRİK»

Prezident İlham Əliyev bu ilin yanvarında «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda vəziyyəti belə dəyərləndirmişdi: «Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün «Cənub Qaz Dəhlizi» haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir».

Şərhləri göstər

XS
SM
MD
LG